Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Saxlanılanlar var, DİN-dənsə “bilmirəm” deyirlər

Müxalifətçi gənclərlə bağlı xəbərləri dəqiqləşdirmək olmur

Bu gün bəzi saytlar 2 aprel mitinqinə hazırlaşan müxalif qüvvələrin fəal üzvlərinin həbsi barədə məlumat yayıb. Azadlıq Radiosunun məlumatlarına görə, Səbaİl rayon Məhkəməsi Təbriz Qasımov barəsində 5 sutka həbs qərarı çıxarıb. O, polisə müqavimətdə ittiham olunur. 

AXCP sədrinin sürücüsü Kərim Mehdiyev və partiya Rəyasət Heyətinin üzvü İlham Hüseynli də saxlanılıb.

Bu barədə AzadlıqRadiosuna AXCP sədrinin köməkçisi Faiq Əmirov məlumat verib.

Kərim Mehdiyevi polislər evindən, İlham Hüseynlini isə yoldan aparıblar.

Daha iki gənc fəalı polis saxlayıb. Hər ikisi Müsavat Gənclər Təşkilatının üzvləridir. Elçin Səlimovu Sumqayıt, Xalid Amanlını isə Nəsimi polisi saxlayıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə isə onlarda həbslərlə bağlı hər hansı məlumat yoxdur.

RAMİL






31 Mart, 2011  17:55 Baxılıb: 1246 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner