Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Uyğurların yaşadığı vəhşətlərdən xəbərdarsınızmı? – FOTOLAR

Bir tərəfdən Qəzza üçün, bir tərəfdən də Suriya üçün ürəyimiz yanır. Hardasa bütün türk dünyasının öndə gedən mətbuatının əsas manşetləri Qəzzaya həsr olunur. Amma qan qardaşlarımızın başına gətirilən müsibətlərdən xəbərsizik. Qəzzada, Suriyada yaşanan qətliamlar Şərqi Türküstanda da yaşanır, ancaq bu vəziyyətə nəinki dünya, heç Türk Dünyası da reaksiya vermir. Gəlin Şərqi Türküstanda nələr yaşanıb və nələr yaşanmaqdadır bir daha xatırlayaq.

Ramazan ayı boyu Çin hakimiyyəti tərəfindən orucun qadağan edilməsi ilə gündəmə gələn Şərqi Türküstandakı təzyiqlər, zülm və qətliamlar yenidən başlayıb. Bayramın birinci günü Yarkənd bölgəsində başı örtülü qadınlara hücumlardan sonra böyüyən etiraz aksiyalarına atəşlə cavab verən Çin qüvvələri çox saylı türk insanını öldürərkən, bölgə ilə əlaqələr tamamilə kəsilmiş vəziyyətə düşdü. 2 milyon kvadrat metrə yaxın sahə ilə Çin Xalq Respublikasının ən geniş inzibati bölgəsi olan Şərqi Türküstan, sözdə Muxtar Respublikaya sahib olsa da, illərdir Çinin zorakı siyasətçilərinin zülmü altındadır.

1933 və 1944-cü illərdə iki respublikada qurulan Şərqi Türküstan bölgəsi, 1949-cu ildə Çin Xalq Respublikası tərəfindən işğal edilib. Çin Xalq Respublikası tərkibində 1 oktyabr 1955-ci ildə bölgəyə muxtariyyət verilərək “Sincan Muxtar Vilayəti” olaraq adlandırılan uyğur türklərinin yaşadığı torpaqların paytaxtı Urumçi, 5 İyul 2009-cu ildə yaşanan qətliamla anılır. Şərqi Türküstanda 1985-ci ildən bəri keçərli olan qanuna görə şəhərdə yaşayanlara bir uşaq, ucqarlarda yaşayanlara isə iki uşaq sahibi olmaq qadağası qoyulub.

Sistematik Assimilyasiya

Əhalisinin ümumi sayı 20 milyona yaxın olan Şərqi Türküstanın, 2000-ci ildəki əhali sayının nəticələrinə görə 45% fazini uyğur türkləri təşkil edir. Ancaq bu nisbət 1950-ci illərdə 80% idi. Çinin həyata keçirdiyi assimiliasiya tədbirləri, doğuş qadağası və köç siyasəti nəticəsində bölgədə mili tarazılıq tez-tez dəyişir. Uyğur türkləri, Çindəki digər bölgələrə köçməyə məcbur edilmələrinə və torpaqlarına Çinin ən böyük etnik qrupu olan Xan əhalisinin yerləşdirilməsinə qarşı çıxırlar.

Məscidə getməyə qadağa

Uyğur xalqı, adətlərini, dillərini yaşada bilməməkdən şikayətçidirlər. Ötən il olduğu kimi bu il də Ramazanda oruc qadağası yenidən gündəmə gələn təzyiqlər namaz üçün də keçərli oldu. Dünya Uyğur Qurultayının sədr müavini Seyid Tümtürkün bildirdiyinə görə 65 ildir işğal və sistematik bir assimilyasiya ilə mübarizə aparan Şərqi Türküstanda Kommunist Partiya üzvləri, 18 yaşından kiçiklər, işçi və məmurlar, qadınlar və tələbələrə məscidə giriş qadağası qoyulub. Səyahət azadlığı olmadığı üçün pasport ala bilməyən müsəlmanlar Həccə də gedə bilmirlər.

Çin nüvə testlərini bu bölgədə etdi

Şərqi Türküstanda yaşanan ən böyük problemlərdən biri də Çinin nüvə testləridir. 1966-1997-ci illər arasında bölgədə onlarla nüvə testinin edildiyi təxmin edilir. Belə bir vəziyyətdə bölgədə şikəst doğulan uşaqların sayı və xərçəng təhlükəsi artır.

Qadınlar zorla abort edilir

Şərqi Türküstanda 1985-ci ildən bəri həyata keçirilən qanuna görə, şəhərdə yaşayanlara bir, ucqarlarda yaşayanlara iki uşaqdan artıq uşaq dünyaya gətirmək qadağası qoyulub. Qadağaya qarşı gələnlər isə doğuşuna az vaxt qalmış qadınları belə zorla abort edildiyi  də bölgədən gələn xəbərlər arasındadır.

Üsyanlar və qətliamlar

2009-cu ilin 5 iyununda Çində Uyğur siyasətçilərinin bölgədə aparılan zorakılıq siyasətinə qarşı çıxması və etriaz aksiyaları Çin Silahlı Qüvvələrinin amansız müdaxiləsi nəticəsində qanlı şəkildə yatırılmışdı. Çin mənbələrinə görə 200, Uyğur mənbələrinə görə isə ən az 5000 uyğur türkü öldürülmüşdü. Hadisələrdən sonra aksiyalara qatıldığı üçün minlərlə uyğur türkünün həbs olunduğu deyilir. 2009-cu ildə Milli Əhv Təşkilatı, Pekin hökümətindənn edam cəzası alan məhkumların sayını açıqladı

Baş örtüyünə hücumlar əhalinin səbr kasasını daşırdı

Yarkənd bölgəsində bayramın birinci günü başıörtülü qadınların Çin qüvvələri tərəfindən kənd meydanlarına toplanıb təhqir edilərək, təcavüzə uğramaları, başlarından örtüklərinin açılması son hadisələrin əsas səbəblərinə çevirildi. Bu vəziyyətə etiraz edən xalqın daş və dəyənəklərlə dövlət binalarına və polis idarələrinə hücum etdikdən sonra Çin qüvvələri odlu silahlara əl ataraq yeni türk qətliamına imza atdı.

Uyğurlara küçəyə çıxmaq qadağası

Çin qüvvələrinin aksiyaçıları silahlarla susdurub, bir çox insanı da öldürməsindən dərhal sonra bölgədəki rəhbərlik gücləndirildi. Hazırda Şərqi Türküstanda Uyğur Türklərinə küçəyə çıxmağa qadağa qoyulduğunu bildirən Seyid Tümtürk bölgədə elektrik və telefon xətlərinin kəsildiyini, internet bağlantısının tamamilə bağlandığını bildirib.

Hazırda Şərqi Türküstanda baş verən son hadisələrda neçə nəfərin öldürüldüyü ilə bağlı dəqiq xəbərlər yoxdur. Bəzi mənbələrdə yüzlərlə insanın öldürlüdüyü bildirilir. Son bir neçə gündür ki, xəbər alınmayan bölgədəki son vəziyyət naməlumluğunu qoruyur.

 

Günel Musa

 

 

 

 

 

 






1 Avqust, 2014  11:02 Baxılıb: 1657 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner