Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Auditorlar Palatasında ciddi korrupsiya faktları

"Auditorlar peşə etikası qaydalarına riayət edin"

Bu gün Bakıda Azərbaycan Auditorlar Palatasının təşəbbüsü ilə “Bələdiyyələrdə auditin aparılması xüsusiyyətləri və Avropa Komissiyasının audit siyasəti: böhranın dərsləri” mövzusunda seminar keçirilib.

«APA-ECONOMICS»in xəbərinə görə, seminarda palata rəhbərliyi bəzi auditorlara, xüsusən bələdiyyələrdə yoxlama aparanlara qarşı ciddi ittihamlarla çıxış edib.

Palatanın Auditin təşkili, tənzimlənməsi və şəffaflığın təminatı idarəsinin rəisi Maarif Məmmədov “Bələdiyyələrdə auditin keyfiyyəti” mövzusunda çıxış edərək, bu sahədə ciddi nöqsanlar olduğunu bildirib: “Müşahidələr göstərir ki, bələdiyyələrdə auditi yalnız müəyyən qrup auditorlar aparır. Bəzi auditorlar işlərinə məsuliyyətsiz yanaşırlar. Audit hesabatları keyfiyyətsiz hazırlanır, rəqəmlər fərqlənir, aktlar uyğun gəlmir”.

M.Məmmədovun sözlərinə görə, əsas pozuntulardan biri odur ki, bir auditor bələdiyyənin hansısa dövrdəki fəaliyyətini yoxlamaq üçün müqavilə bağlayır, audit qurtarandan sonra başqa bir auditor da onu yenidən, həmin dövr üçün yoxlayır və fərqli nəticə çıxarır: “Başqa sözlə, bələdiyyəni ikinci auditə məcbur edirlər. Söhbət palatanın şərəf və ləyaqətindən gedir”.

Auditorlar Palatasının idarə rəisi qeyd edib ki, Xətai bələdiyyəsində aparılan audit yoxlaması barədə cinayət işi də qaldırılıb: “Hətta MTN və Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən də bu sahədə baş verən pozuntular barədə müraciətlər daxil olur. Bu hal palatanı ciddi narahat edir”.

M.Məmmədov auditorları peşə etikası qaydalarına riayət etməyə çağırıb: “Bəzən müqavilə bağlanır, ödəniş edilir, amma audit, ümumiyyətlə, aparılmır. Bu qurtarmamış digər bələdiyyə ilə də müqavilə bağlanır və o da icra olunmur. Hətta indi zalda olanlar arasında da belələri var. Palata rəhbərliyi bununla bağlı ciddi tədbir görmək və onlarda yaxa qurtarmaq fikrindədir. Bunun üçün lazım olan bütün addımlar atılacaq”.

Tədbirlər bəzi auditorlar konkret adların çəkilməsini təklif edərək, bu cür şəraitin yaranmasının səbəbləri ilə maraqlanıblar.






31 Mart, 2011  16:47 Baxılıb: 1512 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner