Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Vanda gərginlik yaşandı

Vanda Türkiyə baş nazirin etdiyi çıxış zaman Cumhuriyyət küçəsində gərgin anlar yaşanıb.

Simsar.az-ın məlumatına görə, Rəcəb Tayyip Ərdoğanın Vandakı seçkiqabağı mitinqinə etiraz edən bir qrup Xalqların Demokratik Partiyasının (XDP) fəalları ilə polis arasında qarşıdurma baş verib.

XDP-dən olan prezidentliyə namizəd Selahettin Demirtaşın tərəfdarları müxtəlif şüarlar səsləndirərək, təhlükəsizlik tədbirlərini gücləndirən polis qüvvələrini daşlayıb.

Asayış keşikçilərini daş atəşinə tutanların çoxu azyaşlı uşaqlar olub. Görünür, ona görə də polis uzun müddət aksiyaya müdaxilə etməyib.

Atılan daşlardan 2 polis əməkdaşı yaralanıb. Etirazçıların dağılışmadığını görən təhlükəsizlik qüvvələri aksiyaya gözyaşardıcı qaz və su şırnaqları ilə müdaxilə edib.

Müdaxilədən sonra etirazçılar arxa küçələrə qaçıb, azı bir etirazçının saxlanıldığı bildirilir.






31 İyul, 2014  23:37 Baxılıb: 751 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner