Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Yarım ildə 7.135 cinayət işinin istintaqı yekunlaşıb

2014-cü ilin birinci yarımilində, istintaq fəaliyyətini həyata keçirən prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə, 7.135 (2013-cü ilin müvafiq dövründə 6.538) cinayət işinin istintaqı yekunlaşdırılmaqla, 6.330 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib, müddət pozuntusu ilə istintaq olunma 9,6 faizə enib (2013-cü ilin birinci yarımilində 10,8 %).

Simsar.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində danışılıb.

Müşavirədə, hesabat dövründə prokurorluq orqanları üzrə istintaqı tamamlanmış işlər üzrə vurulmuş ziyanın 6 milyon 484 min manatının və ya 39,3 faizinin, Daxili işlər orqanları üzrə isə 6 milyon 600 min manatının və ya 71,2 fazinin ödətdirilməsinin təmin edildiyi bildirilib.

Qeyd olunub ki, ibtidai araşdırmaya prosessual rəhbərliyin və istintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin nəticəsi olaraq, hesabat dövründə 173 cinayət işinin icraatına xitam verilməsi və 449 iş üzrə icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilib, bu fəaliyyət sahəsi üzrə movcud olan qanunsuzluq hallarının aradan qaldırılması və pozuntulara yol vermiş əməkdaşların cəzalandırılması məqsədi ilə 398 təqdimat verilib.

Vüsal Qarayev







31 İyul, 2014  18:41 Baxılıb: 649 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner