Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Telman Cəfərovun meyiti qohumlarına veriləcək

Azərbaycanın Ukraynadakı səfirliyi Luqanskda öldürülən azərbaycanlının meyitinin qohumlarına verilməsi üçün tədbirlər görür

Ukraynanın Azərbaycandakı səfirliyinin birinci katibi Asim Osmanov bildirib ki, 1962-ci il təvəllüdlü Telman Cəfərovun öldürülməsi haqqında informasiyanı diplomatik nümayəndəliyə onun əmisi oğlu və dostu Oruc Cəfərov və Həsən Cəfərov veriblər. Hazırda Luqansk vilayətinin Lutuqinsk rayon polis idarəsi ilə birlikdə öldürülənin meyitinin qohumlarına verilməsi ilə bağlı tədbirlər görülür".

Diplomat KİV-in üç azərbaycanlının yaralanmasına dair yaydığı xəbərləri təkzib edib. Onun sözlərinə görə, bu məlumat təsdiqini tapmayıb.

Ukrayna KİV-ləri daha əvvəl məlumat vermişdi ki, Luqanskda Azərbaycan diasporunun rəhbərlərindən biri, Ukraynanın Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədr müavini Telman Cəfərov öldürülüb. Bundan başqa, daha 3 azərbaycanlının güllə yarası aldığı bildirilirdi.

KİV-in məlumatına əsasən, insident dünən axşam saatlarında Luqansk vilayətinin Kamenka kəndinin ətrafında baş verib.(trend)







31 İyul, 2014  17:36 Baxılıb: 820 Çap

Bu bölmədə


XƏBƏR LENTİ





19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



sagbanner