"Azadlıq" qəzetinin bağlanması ilə bağlı qəzetin redaktoru Sücəddin Şərifov Simsar.az-a açıqlama verib. Redaktor bildirib ki, bağlanmaya səbəb qəzetin nəşriyyta olan borcudur: “Bu gün adi qaydada işimizə başladıq. Sonra nəşriyyatdan bildrildi ki, borcunuzu ödəyənədək fəaliyyət göstərə bilməzsiniz. Daha öncə yazılı xəbərdarlıq olmuşdu”.
S.Şərifov qəzetin nəşriyyta olan borcunun təxminən 20 min manat olduğunu deyib: “Qasidin də bizə təxminən 70 min borcu var. Gərək bu gündən gedib oturaq Qasidin qabağında, borcumuzu alıb nəşriyyata ödəyək”.
*** 17:08
“Azadlıq” qəzeti rəsmən çapını dayandırıb. Simsar.az xəbər verir ki, bu barədə məlumatı “Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyev yayıb. AXCP Mətbuat xidmətinin rəhbəri Natiq Adilov da xəbər Simsar.az-a təsdiq edib.
Vüsal Qarayev