Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Yaponiyadan gələn radiasiya Azərbaycana çatmamış itir

Tayqa meşələri və okean fəlakətin qarşısını alır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi dəhşətli zəlzələ və sunamidən sonra Yaponiya yaranmış radiasiya təhlükəsinin Azərbaycana təsiri ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, bir sıra mütəxəssislər Yaponiyanın “Fukuşima-1” Atom Elektrik Stansiyasından sızma nəticəsində yaranan radioaktiv buludlar artıq Avropaya çatsa da, bunun insan sağlamlığına zərər verməyəcəyini qeyd edirlər: “Çünki bu, ölkələrin üzərindəki atmosferə cüzi miqdarda təsir edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin fikirlərinə görə bu qazların Azərbaycan ərazisinə daxil olma ehtimalı yoxdur, Azərbaycanda radiasiya təsiri və təhlükəsi gözlənilmir. Buna səbəb küləyin əks, yəni Amerika qitəsi istiqamətinə əsməsidir. Fərqli vəziyyətin yaranacağı təqdirdə belə, buludlar Tayqa meşələri və okeanın üzərindən keçərkən öz radioaktivlik təhlükəsini itirir. Belə ki, atmosfer havasında olan ağır izotoplar okean və torpaq üzərinə çökür və onların ətraf mühitdə parçalanma müddəti radionuklidlərdən fərqli olaraq qısa müddətlidir”.

Məlumatda bildirilir ki, respublika ərazisində ölkənin radioaktivlik təhlükəsizliyini təmin etmək məqsədilə ETSN tərəfindən müntəzəm olaraq monitorinqlər aparılır, məlumatlar təhlil olunaraq alınmış nəticələr əsasında hazırlanmış bülletenlər aidiyyəti dövlət icra orqanlarına göndərilir və nazirliyin internet səhifəsində yerləşdirilir.

25-30 mart 2011-ci il tarixlərində respublika ərazisində nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən aparılmış növbəti monitorinqlərin nəticələrinə görə, günəş şüalarının fəallığından və dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq gündəlik təbii radiasiya fonu mövsümə uyğun olub, atmosfer aerozollarının ümumi β-radioaktivliyi üzrə aparılan analizlərin təhlili isə sutkalıq normanı keçməyib.

Ölkə ərazisində təbii mühitin radiasiya şəraitinə 2 göstərici üzrə nəzarət olunur:

1. atmosfer aerozollarının ümumi β-radioaktivliyi üzrə 11 məntəqədə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Zaqatala, Şəki, Quba, Naxçıvan, Ağstafa, Ağcabədi və Neft daşları);

2. təbii radiasiya fonu üzrə 42 müşahidə məntəqəsində (respublikanın digər rayonlarında) və respublikanın 6 sərhəd bölgəsində (nüvə texnologiyalarından istifadə edən ölkələrlə sərhəd olan Qazax, Sədərək, Beyləqan, Astara, Quba rayonlarında və Pirallahı adasında) quraşdırılmış avtomatlaşdırılmış monitorinq sistemləri vasitəsilə.

Gün ərzində 3 dəfə aparılmış ölçmə məlumatlarının təhlili göstərir ki, Bakı-Abşeron zonasında gündəlik radiasiya fonu yaz mövsümünə xarakterik olaraq 7-12 mkR/saat (təbii fon 7-14 mkR/saat) arasında dəyişib. Naxçıvan MR-ın ərazisində gündəlik radiasiya fonunun göstəriciləri 11-15 mkR/saat (təbii fon 12-15 mkR/saat), Daşkəsən-Gədəbəy zonasında 6-12 mkR/saat (təbii fon 7-12 mkR/ saat), Gəncə-Qazax zonasında 8-13 mkR/saat arasında (təbii fon 7-13 mkR/saat), Zaqatala-Şəki, Şamaxı-Quba zonalarında 8-17 mkR/saat (təbii fon 15-26 mkR/saat), Mərkəzi Aran rayonlarında 6-17 mkR/saat (təbii fon 6-13 mkR/saat), Lənkəran–Astara zonasında 6-15 mkR/saat (təbii fon 9-16 mkR/saat) təşkil edib.

Azərbaycanda atmosfer havasının radiasiya fonunun norma daxilində olması onu göstərir ki, Yaponiyada baş vermiş qəza nəticəsində radiasiya fonunun yüksəlməsi Azərbaycana təsir etməyib.






31 Mart, 2011  15:56 Baxılıb: 1395 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner