Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Yunis Hüseynov: “Neftçi” 2-3 top fərqi ilə qalib gələcək”

Bu gün UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” “Çixura”nı qəbul edəcək

Simsar.az futbol mütəxəssisi Yunis Hüseynovun oyun haqqında fikirlərini öyrənib. Əvvəlcə, “Qarabağ”ın Çempionlar Liqasında əldə etdiyi qələbə münasibətilə Azərbaycan xalqını təbrik edən mütəxəssis Gürcüstan təmsilçisi ilə matçda “Neftçi”ni favorit hesab edir.

- Oyundan hansı nəticəni gözləyirsiniz?

- “Neftçi” qarşılaşmanın favoritidir. Rəqib də təmsilçimizin dişinə görədir. Düşünürəm, biz rəqibdən daha üstünük. 2-3 top fərqi ilə qalib gələcəyik.

- Rəqibi hansı komponentlərdə üstələyirik?

- Bir çox komponentlərdə. Mən “Neftçi”nin bu yay “Çixura” ilə oynadığı yoldaşlıq görüşlərinə baxmışam. “Çixura” güclü kollektiv deyil. Düzdür, rəqibə hörmətlə yanaşmaq lazımdır. Amma indiki “Neftçi” gürcü klubundan qat-qat güclüdür.

- “Koper”lə oyunda da favorit “Neftçi” idi. Amma doğma meydanda buraxılan səhvlər qolla nəticələndi...

- “Neftçi” artıq o səhvlərdən nəticə çıxarıb. Bunu biz “Koper”lə cavab oyununda gördük. İnanmıram, bu gün təmsilçimiz ciddi səhvlərə yol versin.

- Bu heyətlə “Neftçi” hansı mərhələyə qədər irəliləyə bilər?

- Məncə, həm “Neftçi”, həm də “Qarabağ” qrup mərhələsinə yüksələ bilər. Buna heç nə mane olmur. Bu, futboldur və burada hər bir nəticə gözləniləndir. Təbii, bəxt amili də öz sözünü deyir. Təsnifat mərhələsində güclü rəqiblə də düşmək mümkündür, zəif rəqiblə də. Ancaq güclü rəqibi də udmaq mümkündür. Bunu “Qarabağ” bizə sübut etdi.

Vüsal Məmmədzadə







31 İyul, 2014  14:20 Baxılıb: 781 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner