Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Gəncəbankda kredit üçün rüşvət alınıb – İDDİA

“Kredit almaq üçün bankda ondan rüşvət istəyiblər, 6300 manat verib, amma ortada nə kredit var, nə də verdiyi pul”

Gəncə şəhər sakini Şəbnəm Kərimova Simsar.az-a “Gəncə Bank”ın onlardan ipoteka krediti üçün 6 min 300 manat rüşvət aldığını bildirib. Müraciətdə qeyd olunub ki, Şəbnəm Kərimovanın hərbçi olan nişanlısı Məmmədov Asif Məhərrəm oğlu güzəştli kredit almaq üçün Gəncə Banka müraciət edib. Bunun üçün bankda onlardan rüşvət istəyiblər. Onlar isə istənilən 6300 manatı, bankın kredit şöbəsinin əməkdaşı, Ramil adlı şəxsə ödəyiblər. Hadisə bu il yanvar ayında baş versə də, Şəbnəm xanım bildirib ki, hələ də kreditlərini ala bilmirlər. Artıq 8 aydır ki, Gəncə Bankda onları get-gələ salırlar.

Məsələylə bağlı Gəncəbankın da münasibətini öyrəndik. Bankın adını demək istəməyən kredit şöbəsinin müdiri öncə bütün bunların yalan olduğunu bildirdi. Sonra isə bildirdi ki, “həmin şəxslər bizə müraciət etsələr də, bank onların təklifini uyğun hesab etməyərək qəbul etməyib, kredit verməkdən imtina edib”.

Şəbnəm Kərimova isə bankın onların təklifini qəbul etmələri ilə bağlı əllərində sənədlərin olduğunu deyir. O bildirir ki, bank onlara 60 min manat kredit verməyə razı olub. Və bunun üçün də onlardan 6300 manat pul alıblar. Şəbnəm xanım məsələylə bağlı Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etdiklərini və idarədən onlara cavab gəldiyini deyir. Onun sözlərinə görə, cavabda bu məsələnin yerində yoxanılacağı bildirilsə də, o vaxtdan indiyədək hələ heç bir tədbir görülməyib.

Onu da qeyd edək ki, redaksiyamız bankdan hadisə ilə bağlı münasibət öyrəndikdən sonra, Şəbnəm Kərimova zəng edərək, bankdan onlara zəng etdiklərini və nə üçün şikayət etdiklərini söylədiklərini bildiridi.

Hadisə ilə bağlı araşdırmamız davam edir...

Vüsal Qarayev







31 İyul, 2014  14:08 Baxılıb: 834 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner