Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Hafiz Hacıyev: “Leyla Yunusun həbsinə sevinirəm”

“Agentlər səfirliklərdə yerləşdirilir”

MMP-də ölkə gündəmi ilə bağlı toplantı

“Mən müsahibələrimdə bu ölkənin sabitliyini pozmağa cəhd edən qüvvələrin olduğu yüz dəfələrlə qeyd etmişəm. İlk dəfə Leyla Yunusun evinin qarşısında piket keçirən də bizim partiya olub. Mən sevinirəm ki, agentura şəbəkəsinin əsas siması həbs edilib”.

Bunu bu gün Muasir Musavat Partiyasının İdarə Heyətinin (İH) növbədənkənar toplantısı zamanı partiya sədri Hafiz Hacıyev deyib. Simsar.az xəbər verir ki, toplantıda İH üzvləri ölkə gündəmində olan bəzi hadsələri müzakirə ediblər. Öncə dünən hüquq müdafiəçisi Leyla Yunusun Baş Prokurorluğa aparılması və barəsində 3 ay həbs-qətimkan qərarı verilməsi məsələsi müzakirə edilibb. Hələ 2000-ci illərdə Leyla Yunus və onun həyat yoldaşının agent və satqın olması haqda dediklərinin nəhayət ki, təsdiqini tapmasını partiya sədri Hafiz Hacıyev çox müsbət hal kimi dəyərləndirib.

“Leyla Yunus tək deyil. Fikir verin, Fransa prezidentinin ölkəmizə səfəri və səfər çərçivəsində görüşmək istədiyi insanlar kimlər oldu? Əlbttə, agentlər! Xaric səfirliklər təmsil etdikləri ölkələrin agentlərinin ən münasib yerləşdikləri məkanlardı. Azərbaycanın müstəqilliyini təhlükə altına alan bütün addımlar tərəfimizdən ölkəmizin daxili işinə qarışmaq kimi qiymətləndirilir. Qeyd edim ki, Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, müstəqil siyasət yürütməsi daxili və xarici düşmənlərimizi narahat etməyə başlayıb. Bu gün Azərbaycana səfər edən prezident və təşkilat sədrlərinin gəlib yalnız satqınlıqla məşğul olan və radikal ermənipərəst mövqeyi ilə fərqlənən şəxslərlə görüşməsi, amerikalı diplomatın eyni insanlarla görüşüb məsləhətlər aparması ağıllarda sual yaradır. Hesab edirəm ki, Leyla Yunusun həbsi düzgün qərardır”.

Bundan sonra MMP funksionerləri Azərbaycanın daxili işlərinə kənar müdaxilə cəhdlərinin yolverilməz olduğunu qeyd ediblər və Azərbaycanın daxili və xarici siyasətinə kobud şəkildə müdaxilə edən dövlət başçılarının və diplomatlarının öz ölkəsinin və erməni lobbisinin maraqlarına xidmət etmələrini qınayıblar. Sonda ölkədə süni şəkildə gərginlik yaratmağa cəhd edən bəzi nüfuzlu beynəlxalq dairələrə, Azərbaycanda radikal siyasi partiyalara, anti-milli QHT-lərə və onlara xidmət edən mediaya qarşı barışmaz mövqeyin davam edəcəyi haqda qərar qəbul edilib.

 






31 İyul, 2014  13:29 Baxılıb: 839 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner