Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Rusiya kinosu Qurçenkosuz qaldı

Məşhur  aktrisa Lyudmila Qurçenko  ürək tutmasından öldü 

SSRİ xalq artisti, məşhur kino aktrisası Lyudmila Qurçenko dünən axşam saatlarında vəfat edib.
76 yaşlı aktrisa ürək tutmasından dünyasını dəyişib. Həyat yoldaşı Sergey Senin verdiyi açıqlamada deyib ki, Lyudmila Qurçenko evdə vəfat edib. Qeyd edək ki, ölümündən bir müddət əvvəl aktrisa gəzinti zamanı yıxılaraq omba sümüyünü sındırmışdı. Əməliyyat olunan Qurçenko evə buraxılsa da səhhəti düzəlməyib. Həkimlər aktrisanın səhhətinin məhz əməliyyat sonrası ağırlaşma halları ilə əlaqələndirirlər.
Lyudmila Qurçenko 1935-ci ildə Ukraynaın Xarkovda şəhərində anadan olub. 1958-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirən aktrisa hələ tələbəlik illərində kino sahəsində ilk addımlarını atıb. Onun ilk debütü 1956-cı ildə Yan Fridin çəkdiyi “Həqiqət yolu” filmi olub. Amma ona populyarlıq gətirən Eldar Ryazanovun “Karnaval gecəsi” kinokomediyası olub. Sovet İttifaqında böyük sevgi ilə qarşılanan bu film Qurçenkoya böyük şöhrət qazandırıb.

Aktrisa sovet kinosunun şedevrləri sayılan “İki nəfər üçün vağzal”, “Məhəbbət və göyərçinlər”, “Mexanik Qavrilovun sevimli qadını” “İyirmi gün müharibəsiz” kimi filmlərdə baş rolu ifa edib. 1983-cü ildə Lyudmila Qurçenkoya SSRi-nin xalq artisti adı verilib.






31 Mart, 2011  15:27 Baxılıb: 1702 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner