Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Bağdad Moskvadan 1 milyardlıq silah aldı

Rusiya ilə İraq arasında silah satışı ilə əlaqədar yeni müqavilə imzalanıb.

Simsar.az Rusiyanın “Vedomosti” qəzetinə istinadən xəbər verir ki, ötən həftə İraqın Müdafiə naziri Sadun Fardan Əl-Duleymi Moskvaya səfər edib və İraqa silah satılması ilə bağlı yeni müqavilə bağlanıb.

Müqaviləyə əsasən, alınacaq silah və sursatın ümumi dəyəri 1 milyard dollardır. Rusiya Müdafiə Nazirliyindəki mənbənin qəzetə verdiyi məlumata görə, İraqa 4 ədəd uzaq mənzilli “TOS-1A Solntsepyok” zirehli raketi, Nsta-B seriyalı 152 mm-lik toplar, 2B11 və 2B14 tipli minaatanlar və müxtəlif sursatlar satılacaq.

Qəzet İraqın Rusiyadan iyunda 5 ədəd “Su-25” təyyarəsi aldığını, 10 ədəd “Su-27/30” helikopterləri ilə bağlı müzakirələr aparıldığını iddia edir.

Xatırladaq ki, Bağdadla Moskva arasında 2013-cü ildə bağlanan müqaviləyə əsasən, Rusiya İraqa 4,2 milyard dollar dəyərində 36 ədəd Mi-28NE helikopteri və 40 ədəd döyüş təyyarələri əleyhinə Pantsir-S raket kompleksi satmalıdır.

 






30 İyul, 2014  19:28 Baxılıb: 642 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner