Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Amerikalılar: "Kerri, İsrailə qarşı dik dur"

ABŞ-ın paytaxtı Vaşinqtonda Dövlət katibi Con Kerrinin evinin önündə “Kodepink” adlı vətəndaş cəmiyyəti təşkilatı etiraz aksiyası keçirib.

Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 nəfər “Kodepink” üzvü axşam saatlarında Dövlət katibi Kerrinin Corctaundakı evi qarşısında toplanıb.

Etirazçılar “Kerri, Netanyahuya qarşı dik dayan", “Döyüşü dayandırın” kimi şüarlar yazılmış plakatlarla çıxış ediblər. Eyni zamanda, “Ölümləri dayandırın”, “Qəzzada mühasirəni ləğv edin”, “Azad Fələstin” kimi şüarlar da söyləyiblər.

Çıxışlarda İsrailin Qəzzaya aramsız davam etdirdiyi hücumların sona çatdırılması, vətəndaş ölümlərin dayandırılması və Kerrinin İsrail Baş naziri Netanyahuya qarşı durması tələb edilib.

“Kodepink”in nümayəndələrindən biri olan Medea Bencamin Kerrinin atəşkəs üçün təzyiqi artırmasını istədiklərini söyləyib:

“İsrail Con Kerrini HƏMAS-ı dəstəklədiyi üçün tənqid olunur. Ancaq Kerri HƏMAS-la danışığa yanaşmır belə. Kerri Qəzza xalqının daha çox sərbəstliyə, azadlığa ehtiyacı olduğunu söyləyib. Biz Kerrinin danışıqlardan əmələ keçməsini istəyirik. Qəzzanın sərhədlərinin açıq olmasına ehtiyacı var. Qəzzadakı insanlar ticarət edə bilməli, normal insanlar kimi yaşaya bilməlidir. Tunel hücumlarının, İsrailə raket atılmasının da sona çatmasını istəyirik. Bu gün “İsrail Baş naziri Netanyahuya qarşı dik dayan, fikrindən imtina etmə və atəşkəs üçün təzyiqi artır” demək üçün burdayıq".

Qeyd edək ki, “Kodepink” İsrailin Vaşinqton səfirliyi qarşısında da “vətəndaş itaətsizliyi” hərəkatı keçirəcək.






30 İyul, 2014  18:16 Baxılıb: 593 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner