Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Almaniya hökuməti smartfona keçir

Almaniya kansleri Angela Merkelin mobil danışıqlarının dinlənilməsinin qarşısını almaq üçün onun və bəzi əməkdaşların smartfonlarının “BlackBerry” şirkətinin “BB 10” əməliyyat sistemi əsasında işləyən qurğularla əvəzlənməsi barədə qərar qəbul olunub.

Kanada istehsalçısı Almaniyanın “Secusmart” şirkəti tərəfindən hazırlanan dinlənilmədən mühafizə texnologiyasından istifadə edir. Almaniya hökumətinin nümayəndələri alınmış 3 min ədəd “BlackBerry” smartfonunun işinin nəticələrindən razı qalmasına görə, məmurlar üçün daha 20 min ədəd “BlackBerry 10” sistemli qurğudan sifariş veriləcək.

Almaniya Federal Daxili İşlər Nazirliyi sifariş verilən smartfonların sayı barədə dəqiq məlumat verməsə də, nazirliyin mətbuat katibi Tobias Pleyt bəyan edib ki, hazırda “BlackBerry 10” sistemli alınan qurğuların sayı artmaqda davam edir. O, ötən bazar ertəsi bildirib ki, yalnız “BlackBerry” şirkətinin smartfonları nazirliyin təhlükəsizlik standartlarına cavab verir: “Bizim informasiya təhlükəsizliyinin təmini ilə məşğul olan federal orqanımız fəaliyyət göstərir və orqan tərəfindən bəyənilən yeganə şirkət "BlackBerry” olub”.

Vüsal Qarayev







30 İyul, 2014  15:56 Baxılıb: 625 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner