Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Euronews” kanalı Qəbələ festivalından reportaj yayımladı

Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il Qəbələdə keçirilən Beynəlxalq Festival artıq Azərbaycanın hüdudlarından kənarda geniş şöhrət qazanmış, dünyanın mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Simsar.az xəbər verir ki, milyonlarla tamaşaçı auditoriyası olan populyar “Euronews” telekanalında yayımlanmış reportaj da festivala böyük maraq olduğunu təsdiq edir.

Süjetdə bildirilir ki, Qafqazın ən gözəl bölgələrindən biri olan 2500 yaşlı qədim Qəbələ şəhəri hər il dünyanın 200 musiqiçisini bir araya toplayıb tamaşaçılara musiqi “ziyafəti” verir.

Reportajda VI Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəylinin də fikirləri yer alıb. O da bildirilir ki, festivalda ən diqqət çəkən çıxışlar arasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri, Yohannesburq Simfonik Orkestri  və “Kiyev Solistləri” Kamera Orkestri xüsusilə fərqlənir.

Festival çərçivəsində təşkil olunan muğam axşamlarının da tamaşaçılara unudulmaz anlar bəxş etdiyi süjetdə xüsusi vurğulanır.

Günel







30 İyul, 2014  13:01 Baxılıb: 806 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner