Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Yeni üzüylə dünyaya ümid verdi

Gülləylə özünü vurdu, üzü dağıldı. 10 il maskayla gəzdi. Dünyanın ən geniş üz əməliyyatını keçirdi və yeni üzü ilə məşhur oldu.

Riçard Lee Norris adlı amerikalı, 1997-ci ildə, 22 yaşında keçirdiyi qəzadan sonra üzü parçalanmışdı.10 il maskayla gəzən və sadəcə gecələr bazarlıq edərək yaşayan adam, tarixin ən geniş üz əməliyyatını keçirib. Maryland Universitetində 150 həkimin işrtirakı ilə, 36 saatlıq əməliyyatla Norrisə diş, dil, çənə, qaş, əzələ, toxuma və sinir qoyulub.

İnsanlıq üçün 50/50-lik risq

Yaşamaq şansı yüzdə 50 olaraq hesablanan Norrisin əməliyyatı, tibb dünyasında cığır açan bir əməliyyat olaraq tarixə keçib. Məmnuniyyətlə bir “labaratoriya siçanı” olmağı qəbul etdiyini deyən Norris, nəticəsi bilinməyən əməliyyata, bu cür problemi olanlara ümid olmaq məqsədiylə girdiyini deyib.

Əməliyatı həyata keçirən həkim Eduardo Rodrigez isə, Norrisini fədakarlıq etdiyini bildirib. Həkim: “O bu işə özünü yox, başqalarını düşünərək girdi”

O dünyanın yeni ümididir

Norris hazırda dünyanın bir çox yerlərinə, əməliyyatın uğurlarını görmək istəyən həkim və xəstələrə örnək olmaq məqsədiylə səfərlər edir. CQ jurnalına müsahibə verən Norris, “Bir damla ümid bir okean yarada bilər, bir az inanc ilə dünyalar yaradılar” – deyib.

Vüsal Qarayev







30 İyul, 2014  11:33 Baxılıb: 1080 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner