Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan kimə arxalanıb, kimə arxa çevirəcək? – TƏHLİL

Azərbaycan-Türkiyə münasibətləri

Türkiyə bütün Qafqazın taleyində önəmli rol oynayan üç əsas region dövlətindən biridir.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixi var. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Eyni zamanda Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan  milli mücadiləyə azərbaycanlılar da maddi və mənəvi yardım göstəriblər.

Türkiyə nəinki Azərbaycanın, eyni zamanda bütün Qafqazın taleyində önəmli rol oynayan üç əsas region dövlətindən (Rusiya və İranla birgə) biridir. Hələ qədim zamanlardan bu ölkə özünün Qafqaz siyasətinə çox ciddi önəm verib və bölgədə cərəyan edən hadisələrə fəal müdaxiləsi ilə seçilib.

Azərbaycan Türkiyə üçün Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə üçün mühüm vasitə rolunu oynayır.

Azərbaycan-İsrail münasibətləri

İsraildə Azərbaycandan getmiş 80 mindən artıq yəhudi yaşayır

Azərbaycan dünya yəhudi elitasının diqqət mərkəzinə 1810-cu ildən düşməyə başlayıb. Həmin dövrdə ilk aşkenazilər Bakıda məskunlaşmağa başlayıblar. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub. 1870-ci ildə Bakıda neft çıxarılmağa başlandıqdan sonra Azərbaycana yəhudi biznesi nümayəndələrinin axını başlayıb. Q.Polyak, A.Dembo, X.Kaqan, baron Q.Qinzburq, A.Feyqel bu ərazidə geniş fəaliyyət göstəriblər. Hazırda Bakı şəhərində yəhudilərin üç sinaqoqu mövcuddur. Bir sinaqoq isə Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Bu, keçmiş Sovet İttifaqı ərazisində yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yerdir.

Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib və burada heç zaman antisemitizm halları olmayıb. Hər iki ölkəni yaxınlaşdıran daha bir amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 80 mindən artıq yəhudinin yaşamasıdır.

Tarixi əlaqələrə nəzər salqıda görürük ki, Azərbaycanın hər iki ölkə ilə əlaqələri hər zaman normal şəraitdə formalaşıb. Bu gündə bu əlqələr davam və inkişaf etdirilir. Bəs görəsən Fələstin məsələsində Azərbaycan kimin yanında olacaq?

“Kiməsə arxalana bilmərik”

Yaxın Şərqdə baş verən hadisələri Cənubi Qafqazla əlaqələndirməyən Sabiq diplomat, politoloq Fikrət Sadıqov hesab edir ki, burda tamamilə başqa maraqlar və başqa yanaşma var. Onun fikrincə belə bir vəziyyət davam etsə, Türkiyə proseslərə qoşulmalı olacaq və yaxından iştirak edəcək: “Türkiyə artıq öz mövqeyini nümayiş etdirir. Təbii ki, biz də Türkiyə ilə müttəfiq, qardaş ölkəyik. Bir çox hallarda Türkiyəni müdafiə edirik və yanındayıq. Amma eyni zamanda Azərbaycanın da öz milli maraqları var. Ona görə də bir sıra hallarda kiməsə arxalana bilmərik.

“Türkiyə İsrailə qarşı sərt siyasət aparır”

Politoloq deyir ki, Türkiyə ilə olduğu kimi başqa dövlətlərlə də yaxın münasibətlərimiz var:  “Türkiyə İsrailə qarşı sərt siyasət aparır, amma Azərbaycanla İsrailin partnyorluq münasibətləri daha yüksək səviyyədədir. Qarşılıqlı münasibətlər yaxşıdır. Eyni zamanada fələstinlilərlə də münasibətləri normal müstəvidə saxlayırıq. Biz onu yaddan çıxarmamalıyıq ki, fələstinlilər vahid qüvvə deyil. Bir tərəfdə Mahmud Abbasın idarə etdiyi Fələstin muxtariyyətdir. Digər tərəfdə İranın dəstək verdiyi radikallaşmış Həmas qruplaşmasıdır. Ona görə də biz yaranan vəziyyətdə milli maraqlarımızı üstün tutmalıyıq. Biz hətta kimisə dəstəkləsək də, öz milli maraqlarımızı qorumalıyıq”.

Hüseyn İbadlı

Siyasət Şöbəsi







30 İyul, 2014  11:21 Baxılıb: 829 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner