Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Cəza çəkməkdən azad edilmişlərə müavinət verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, rayon Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən, müvafiq qanunvericiliyə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilmiş və tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə, minimum əmək haqqının 4 misli məbləğində  (420 manat) birdəfəlik pul müavinəti təyin edilərək ödənilir. Cari ilin 6 ayında birdəfəlik pul müavinəti təyin edilən belə şəxslərin sayı 1901 nəfər təşkil edib.

Simsar.az xəbər verir ki, eyni zamanda, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiləri və ya bu səbəbdən həlak olmuş işçilərinin ailə üzvlərindən 1553 nəfərə aylıq və birdəfəlik müavinət ödənilib.

Həmçinin bu müddətdə, Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində dəymiş zərərə görə ödənc almaq hüququ olan qaçqın statuslu zərərçəkənlərə və ləğv edilmiş kolxoz və sovxozlarda əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərər çəkən ümumilikdə 508 nəfərə kompensasiya verilib.

Vüsal Qarayev

 

 

 

 

 






30 İyul, 2014  10:03 Baxılıb: 500 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner