Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bolu bələdiyyə başqanı Əlibəylidə əsgər forması geydi – FOTO

Bolu bələdiyyə başqanı Əlibəylidə Azərbaycan əsgəri forması geyindi, qürur duyuram dedi və əsgər salamı verdi.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəvəti ilə Azərbaycanda səfərdə olan Bolu Bələdiyyə başqanı Aladdin Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Ramazan bayramında Tovuz rayonunda  ön cəbhədə yerləşən Əlibəyli və Ağdam kəndini ziyarət ediblər və Ermənistanın vandalizm aktları ilə yaxından tanış olublar. Burada Türkiyə nümayəndə heyətinə mürahibə dövrü ilə bərabər atəşkəs dövründə də Tovuzun ön cəbhə kəndlərinin yaşadıqları barədə geniş məlumatlar verilib.   Millət vəkili Qənirə Paşayeva Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini mütəmadi olaraq pozması və sərhəddə yerləşən kəndlərin mülkü sakinlərinə zərər vurmaları, insanların neçə illərdir kənd qəbirstanlığını ziyarət etməyə imkan verməmələri, bu addımı atmaq istəyən şəxslərin snayperlərlə vurulması, bu səbəbdən kənd camaatının yeni qəbirstanlıq salma məcburiyyətində qalmasından, həmin qəbirstanlıqda yerləşən tarixi, dini abidələri Ermənistan Silahlı Qüvvələrinin yandıraraq məhv etmələri, kənd insanlarını suvarma üçün su mənbəyindən istifadə etməyə snayperlərlə imkan verməmələri, payızda otların qurumağa başladığı zaman kəndə yaxın ərazilərə silahlardan ataraq yanğın törətmələri, bir sözlə insanlığa sığmayan əməllərini davam etdirmələri barədə geniş məlumatlar verib.M illət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonu, onun insanlarının müharibə dövründə göstərdiyi qəhrəmanlıqlar, verdiyi şəhidlər və Milli Qəhrəmanları haqqında məlumat verib. Türkiyənin Bolu Vilayətinin bələdiyyə başqan Aladdin Yılmaz, müavini Emine Davarçıqlıoğlu, bələdiyyə rəsmiləri Gülər Mert, Mehmet Çetin Ermənistanın törətdiyi vandalizm aktlarını kəskinliklə qınadıqlarını bildiriblər və hər zaman Azərbaycanın yanında olduqlarını və olacaqlarını deyiblər. Onlar Ramazan bayramında ön cəbhə rayonu Tovuza qardaşlarımıza mənəvi dəstək olmaq üçün gəlməkdən öyük məmnuniyyət duyuruq deyiblər, insanlarımızı Ramazan bayramı  münasibəti ilə təbrik ediblər. Onlar  Tovuz rayonu, onun keçmişi, bu günü, tarixi-mədəni abidələri və s. ilə yaxından tanış olublar və Azərbaycanın ön cəbhə bölgələrindən olan Tovuzu ziyarət etməkdən böyük məmnuniyyət duyduqlarını deyiblər. Millət vəkili Qənirə Paşayeva və ön cəbhədə yerləşən hərbi hissənin rəhbərliyi Türkiyənin  Bolu Vilayətinin bələdiyyə başqanı Aladdin Yılmaza,  bələdiyyə başqan müavini Emine Davarçıqlıoğluna, bələdiyyə rəsmiləri Gülər Mert ve Mehmet Çetinə Əlibəylidə Azərbaycanın əsgər və zabitləri adından Azərbaycan əsgərinin hərbi formasını hədiyyə ediblər və bildiriblər ki, “bu ən qiymətli hədiyyədir və biz inanırıq ki, siz hər zaman özünüzü Azərbaycan ordusunun könüllü bir əsgəri kimi hiss edəcəksiniz.” Azərbaycan əsgərinin formasını geyinən Türkiyəli rəsmilər və qonaqlar “bu həyatımızda aldığımız ən gözəl hədiyyələrin önündə gəlir və hər zaman Azərbaycanın və ordusunun yanındayıq, onun bir əsgəriyik və bu hədiyyədən, bu formanı geyməkdən böyük şərəf və qürur duyuruq” deyərək hər biri əsgər salamı veriblər və gələn tədbirləri birlikdə işğaldan azad edəcəyimiz torpaqlarımızda keçirək deyə arzularını da dilə gətiriblər.

 






30 İyul, 2014  09:06 Baxılıb: 882 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner