Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

15 nəfər istidən öldü

Yaponiyanın böyük bir hissəsini əhatə edən şiddətli istilər səbəbindən ötən həftə ölkədə həlak olanların sayı 15 nəfərə çatıb, 8 mindən çox insan isə xəstəxanalara yerləşdirilib.

Simsar.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyada Fövqəladə Hallar Nazirliyinin və Təcili Tibbi Yardım Xidmətinin funksiyalarını həyata keçirən Mərkəzi Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

Xilasedicilərin bildirdiyinə görə, günvurmadan zərər çəkənlərin sayı 2,6 dəfə artaraq 8580 nəfərə çatıb. Yaponiyanın əksər ərazilərində anomal istilər davam etməkdədir. Sinoptiklərin proqnozuna görə, termometrlərin civə sütununun gün ərzində 30 dərəcə Selsidən yuxarı qalxacağı, bəzi rayonlarda isə hətta 36 dərəcəni keçəcəyi gözlənilir. Hakimiyyət orqanları sakinlərə küçəyə başı açıq çıxmamağı və çoxlu su içməyi tövsiyə edirlər.

 

Günel







30 İyul, 2014  08:52 Baxılıb: 662 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner