Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Həsən Həsənov dəfn olunub

Ermənilər tərəfindən Kəlbəcərdə öldürülən Həsən Həsənov Dağlıq Qarabağda dəfn edilib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin mətbuat katibi İlahə Hüseynovanın ANS PRESS-ə verdiyi məlumata görə, BQXK-nin Dağlıq Qarabağ ofisi azərbaycanlı ailə tərəfindən qohumu kimi identifikasiya olunmuş adamın dəfn olunması barədə məlumatlandırılıb.

Dəfndə müşahidəçi qismində iştirak edən nümayəndənin sözlərinə görə, dəfn zamanı meyitə hörmətlə yanaşılıb.

İlahə Hüseynova həmçinin qeyd edib ki, Həsən Həsənovun dəfn olunmasına baxmayaraq BQXK meyitin geri qaytarılması üçün danışıqları davam etdirir.

Xatırladaq ki, 3 azərbaycanlı iyulun 11-də Kəlbəcərdə girov düşüblər. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu müqavimət göstərdiyi üçün öldürüb. Ermənilər hər 3 azərbaycanlını diversant kimi təqdim edirlər.

 

KarabakhİNFO.com saytı iki gün əvvəl Həsən Həsənovun cəsədinin görüntülərini yayımlamışdı.





27 İyul, 2014  11:31 Baxılıb: 1058 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner