|
“Western ”dan Yaponiyaya dəstək
Şirkət bu ölkəyə pul köçürmələrinə görə xidmət haqqını müvəqqəti ləğv edib
Pul köçürmələri üzrə dünya lideri olan “Western ” şirkəti öz tərəfdaşları ilə birlikdə Yaponiyaya pul köçürmələri ilə bağlı “Komisyonsuz pul köçürmələri” aksiyasına başlayıb. Simsar.az “Western ” şirkətinin yaydığı məlumata əsasən bildirir ki, “Komisyonsuz pul köçürmələri” aksiyası müştərilərə Yaponiyada dağıdıcı zəlzələdən və sunamidən əziyyət çəkmiş qohumlarına və tanışlarına xidmət haqqı ödəmən pul göndərmək imkanı verir.
Yaponiyaya komisyonsuz pul köçürmələrini aprelin 17-dək həyata keçirmək olar. Bunun üçün müştərilər “Western ” sisteminin “Komisyonsuz pul köçürmələri” proqramında iştirak edən bütün məntəqələri vasitəsilə pul köçürmələrini edə bilərlər. Bir sıra ölkələrdə bu xidmətdən “Western ” şirkətinin saytı (www.western.com) vasitəsilə də istifadə etmək olar.
“Şirkətin özü və tərəfdaşları Yaponiya xalqını bu çətin zamanda dəstəkləyirlər. Bizim xidmətlərə həm ayrı-ayrı insanların, həm də bütöv bir ölkənin həyatındakı ağır dövrlərdə xüsusilə ehtiyac var” - deyə, “Western ”un pezidenti və İcraçı Direktoru Hikmət Ersek qeyd edib.
Xatırladaq ki, zəlzələ və sunamidən sonrakı dağıntılar “Western ” şirkətinin Yaponiyadakı biznesinə də təsir göstərib. Şirkət Yaponiyanın fəlakətdən əziyyət çəkmiş regionlarında xidmətlərin göstərilməsini qısa müddətdə bərpa etmək üçün öz tərəfdaşları ilə sıx şəkildə çalışır. Yaponiyada müştərilər ”Western ” sisteminin bütün ölkədəki məntəqələrinin iş saatları haqda pulsuz qaynar xətt telefonları (0034-800-400-733) yaxud şirkətin İnternet səhifəsi vasitəsilə (www.western.co.jp) məlumat əldə edə bilərlər.
Bu həftə “Western ” Fondu fəlakətdən əziyyət çəkmiş insanların yaşayış yeri, ərzaq qidası, su və dərmanlarla təmin edilməsi üçün xeyriyyə təşkilatı olan Mercy Corps vasitəsilə Peace Winds Japan şirkətinə pul vəsaitləri göndərib. Bundan başqa, Western ABŞ-dakı müştərilərinin Yaponiyada fəlakətdən əziyyət çəkmiş insanlara pul göndərə bilməsi üçün xüsusi hesab açıb. Western Quick Collect (şəhərin kodu: Japan Relief, CO) xidməti vasitəsilə xidmət haqqı ödəmən Mercy Corps xeyriyyə təşkilatının hesabına Western xidmət məntəqələrindən pul köçürmək olar. Şirkətin ABŞ-dakı müştəriləri Yaponiyaya pul vəsaitlərini www.western.com saytı vasitəsilə də köçürə bilərlər.
31 Mart, 2011 02:19 ⁄ Baxılıb: 1546 ⁄ Çap
Bu bölmədə
|
|
|