Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Elektron hökumət” portalında innovativ yenilik

“Elektron hökumət” portalı formalaşmağa başladığı ilk gündən  vətəndaş-hökumət və hökumət-vətəndaş qarşılıqlı münasibətlərində ictimai tələblərin ödənilməsi istiqamətində bir çox işlər görüb.

Simsar.az xəbər verir ki, hazırda “Elektron hökumət” portalında 351 elektron xidmət əhalinin istifadəsinə verilib. Portalın əsas hədəfi ictimai əhəmiyyət kəsb edən və populyar xidmətləri bir məkanda toplamaqla məhdudlaşmır. “Elektron hökumət” portalı öz işini istifadəçi tələbatı və marağı üzərində mərkəzləşdirir. Yeni təqdim olunan “Mənim xidmətlərim” funksionallığı sırf bu məqsədə xidmət edir.

“Elektron hökumət” portalı “Mənim xidmətlərim” servisi vasitəsilə istifadəçiyə öz maraq dairəsində olan və daha çox istifadə etdiyi elektron xidmətləri qruplaşdırmaq imkanı yaradır.

Artıq istifadəçi portala daxil olaraq çoxsaylı xidmətlər arasından özünə lazım olanı axtararaq vaxt itirmək məcburiyyətində qalmayacaq.  İstifadəçi gündəlik tələbatına uyğun, ən çox istifadə etdiyi xidmətləri “Mənim xidmətlərim”  servisi vasitəsilə birləşdirərək dəyərli vaxtına qənaət etmiş olacaq. Tutaq ki, ödəmə ilə bağlı elektron xidmətlərdən istifadə edən istifadəçi sadəcə bir düymə ilə daima istifadə etdiyi ödəniş xidmətlərini eləcə də daha çox istifadə etdiyi digər xidmətləri bir bölmədə toplamağa nail olacaq. İstifadəçi istənilən sayda xidmət qrupu yarada və  bir qrupda istənilən sayda xidmət yerləşdirə bilər. Eyni zamanda xidmət qrupunu ləğv etmək və ya qrupdan hansısa xidməti çıxarmaq da mümkündür.

“Mənim xidmətlərim” servisinin izahlı təsviri:

İstifadəçi “Elektron hökumət” portalına daxil olaraq, təqdim olunan giriş vasitələrindən birini seçərək autentifikasiyadan keçir. E-xidmətlər bölməsini seçərək ümumi xidmətlər siyahısına daxil olur. Bu bölmədə yerləşdirilmiş “+ “ işarəsini seçdikdən sonra, ən çox istifadə etdiyi e-xidmətlər üçün başlıq qeyd edərək qrup yaradır:

Daha sonra, müvafiq qurumlara daxil olaraq istifadə etdiyi e-xidmətin qarşısında yerləşən ulduz işarəsini seçir.

“Mənim xidmətlərim” bir növ vətəndaşın fərdi xidmət portfeli rolunu oynayaraq vaxta qənaət və rahatlığın təminatının optimal üsuludur.

Vüsal Qarayev







26 İyul, 2014  09:59 Baxılıb: 712 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner