Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Görkəmli rejissorun 95 illiyi keçirildi

Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru, SSRİ Xalq Artisti Əjdər İbrahimovun 95 illik yubileyi qeyd edilib.

Simsar.az xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilib.

Tədbirdə kinorejissorun fotolarından ibarət slayd nümayiş olunub.

Əməkdar incəsənət xadimləri Ayaz Salayev, Aydın Kazımzadə, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi Cəmil Quliyev və digər çıxış edənlər görkəmli kinorejissorun yaradıcılığından, çəkdiyi filmlərdən danışmış, onunla bağlı xatirələrini bölüşüblər.

Vurğulanıb ki, 1919-cu ildə Aşqabadda anadan olan Ə.İbrahimov 1940-cı ildə Aşqabad Teatr Məktəbində təhsilini başa vuraraq İkinci Dünya müharibəsinə iştirak edib. 1952-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra Aşqabad kinostudiyasında yaradıcılıq fəaliyyətinə başlayıb. 1954-1959-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında işlədiyi müddətdə “Onun böyük ürəyi”, “Bir məhəlləli iki oğlan” filmlərinə quruluş verib.

1959-1962-ci illərdə Vyetnamda ilk milli kino məktəbinin yaradılması, milli aktyor və rejissor kadrlarının hazırlanmasında fəal iştirak edən sənətkar orada iki bədii film çəkib. 1962-ci ildən Əjdər İbrahimov “Mosfilm” kinostudiyasında fəaliyyət göstərib. O, “Ulduzlar sönmür”, “Sevgi əhvalatları”, “Qəribə adam”, “Məhəbbətim mənim, kədərim mənim” kimi filmləri ekranlaşdırıb.

Əjdər İbrahimov həm də “Vyetnamda gördüklərim”, “Günəş ağlayır”, “Döyüşən Vyetnamın kino sənəti” və digər kitabların müəllifi kimi də şöhrət qazanıb.

Qeyd edilib ki, böyük sənətkar 1993-cü il sentyabrın 20-də Moskvada dünyasını dəyişsə də, Bakıda Fəxri xiyabanda dəfn edilib.

Bildirilib ki, dövrün qadağalarına baxmayaraq Əjdər İbrahimov yaratdığı obrazların dili ilə hər zaman öz sözünü deməyi bacaran və Azərbaycan kinosuna yeni nəfəs gətirən kinorejissorlardan olub.

Onun çəkdiyi filmlərinin özünəməxsus ab-havası olduğunu söyləyən natiqlər qeyd ediblər ki, Əjdər İbrahimovun üstün keyfiyyətlərindən biri də türkçü olması idi.

Əjdər İbrahimova həsr edilmiş “Narahat adam” sənədli filminin rejissoru Nizami Abbas çəkdiyi ekran əsərində sənətkarın xarakterini, yumor hissi ilə sözünü deyə bilmə məharətini, dostluğa sədaqətini və yaradıcılığını əks etdirdiyini söyləyib.

Sonda “Yaddaş” sənədli filmlər studiyasında ekranlaşdırılmış “Narahat adam” filmi təqdim olunub.

Günel






26 İyul, 2014  08:59 Baxılıb: 831 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner