Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Xalq üsyanı

İsrailin Qəzzaya hücumlarında dünən ölü sayı 833-ə çıxıb. Qəzza alovunun qığılcımları artıq Fələstinin digər tərəfi, Qərb Sahilinə də sıçaryıb.

Fələstin Qurtuluş Təşkilatının Qəzzalı təşkilatlara arxa çıxmasının ardından, Qüdsdə Məscidi Aksaya girmək istəyən Fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Dünən Kalendiya, Nablus və El Xaliddə də atışmalar davam edib. Qərb Sahilində 24 saatda 6 Fələstinli ölüb.

Həmas: İsrailin təyarəsini vurduq

İsrailin Qəzzanı bombardımanının 17-ci günündə bölünmüş Fələstin torpaqlarının bir digər parçası Qərb Sahilində xalq ayağa qalxıb. Dünən gecədən etibarən işğal altındakı Şərqi Qüds, Kalandiya, Nablus və Əl Xəlil başda olmaqla bir çox yerdə, illər öncə “tanka qarşı daş” intifadasını xatırladan hadisələr yaşanır. İsrail polisini müdaxiləsi nəticəsində 6 nəfər ölüb, təxminən 200 nəfər yaralanıb. Digər tərəfdən Həmas isə, İsrailə aid hərbi təyyarə vurduqlarını açıqlayıb.

El Aksa qadağası

Qəzzadakı alovun Qərb Sahilinə sıçraması hadisəsi isə, öncəki gecə Qədr Gecəsində baş verib. İsrailin Məscid-i Aksaya 50 yaşdan aşağı müsəlmanların buraxmamasından sonra, şəhərin giriş qapılarında nümayişlər başlaylb. Hadisələr qısa müddətdə Ərəblərin yaşadığı Şərqi Qüds məhəlləri Silvan, Zeytun Dağı, İsaviyə və Ras əl Amuta sıçrayıb.

Kalandiyada atşmalar

Qərb Sahilində isə Qəzzadakı hücumları protesto etmək üçün Ramallahdan Şərqi Qüdsə yürüş edən 10 minlərlə insan, Kalandiya sərhəd keçid məntəqəsində durdurulub. Tərəflər arasında atışma baş verib. 22 yaşlı bir Fələstinli öldürülüb. İki gündə isə ölən Qərb Sahilində 6 Fələstinli öldürülüb. Qərb Sahilində bu böyüklükdə üsyan, 1987-1993-cü illər arası birinci intifada və 200-2005-ci illər arası ikinci intifadada baş vermişdi.

Vüsal Qarayev







26 İyul, 2014  08:35 Baxılıb: 686 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner