Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

QMİ bəyanat yaydı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qəzzada törədilən qırğınlarla bağlı sərt bəyanat qəbul edib.

Simsar.az-ınn məlumatına görə, bu gün Qafqaz Müsəlmanları İdarəsində Beynəlxalq Qüds Günü ulə bağlı geniş tərkibli konfrans keçirilib. Konfransda İslam ölkələrinin Azərbaycandakı səfirləri, ölkədəki müxtəlif dini icmaların liderləri və başqaları iştirak ediblər.

Konfransda QMİ adından bəyanat qəbul edilib. Bəyanatda deyilir ki, ilahi hikmətə görə, əzəmət sahibi olan peyğəmbərlər yadigarı, Xatəmül-Ənbiya Peyğəmbərimizin (S) Meraca yüksəldiyi Qüdsi-Şərif və ətrafındakı mübarək torpaqlar bütün səmavi dinlərin ardıcıllarının bir araya gəldiyi məkan olaraq qərar verilib. Lakin bu gün Qüds Qəzza üçün qan ağlayır. Müqəddəs torpaqlarda Uca Yaradanımızın nazil etdiyi dinlərin mənəvi hökmləri, əxlaqi dəyərləri ilə bir araya sığmayan əməllər törədilir: "Qəzzada baş verənlər nəinki müsəlmanları, dilindən, irqindən, dinindən asılı olmayaraq, ürəyində Allah rəhmi olan hər bir bəşər övladını dəhşətə gətirir. Dünya ictimaiyyətinin gözü qarşısında cərəyan edən Qəzza faciəsi heç kimsəni biganə qoya bilməz".

Bəyanatda bildirilir ki, Qarabağ müharibəsinin, Xocalı soyqırımının ağrısını yaşamış biz azərbaycanlılar Qəzza əhalisinə qarşı aqressiv əməlləri hiddətlə qarşılayır, bütün beynəlxalq ictimaiyyəti dünyamızın əmin-amanlığı və sabitliyinin qorunub saxlanılması, məzhəblər, dinlərarası qarşıdurmanın qarşısının alınması naminə Yaxın Şərqdə baş verən faciələrə son qoymağa çağırırıq: "Hesab edirik ki, Qəzzada, İraqda, Suriyada və digər qaynar nöqtələrdə faciələr dayandırılmalıdır. İslam adından sui-istifadə edilərək törədilən, lakin İslama heç bir aidiyyəti olmayan qanlı olaylar - qondarma İŞİD-in Suriya və İraqda həyata keçirdiyi hərbi cinayətlər, müsəlmanların, xristianların qətlə yetirilməsi, məzhəb ayrı-seçkiliyinin qızışdırılması, türkmanlara qarşı etnik təmizləmə siyasətinin yeridilməsi bütün bəşəriyyətə qarşı cinayətdir. Halbuki, İslam bir günahsız insanın öldürülməsini bütün bəşərə qarşı ən böyük günah kimi dəyərləndirir".

Qeyd olunur ki, QMİ son dövrlərdə Yaxın Şərqdə cərəyan edən qanlı hadisələr - qardaş qırğınları və təxribatlarla bağlı birmənalı şəkildə bəyan edir ki, heç bir ideoloji hədəf və ya siyasi ambisiya dinc əhalinin qırğınına, nahaq qanların tökülməsinə, yaşayış yerlərinin, müqəddəs ziyarətgahların dağıdılmasına haqq qazandıra bilməz. Dünya mədəniyyətinin nadir sənət inciləri, tarixi-dini abidələr, məscidlər və kilsələr bombalanır, müqəddəs məkanlar yerlə yeksan edilir. Bu, böyük qarşıdurmaya gətirib çıxarar, yeni qisas və faciələrin əsasını qoya bilər: "Bu gün Qəzzada baş verən qanlı hadisələr hər birimizi son dərəcə narahat edir. Hər gün yüzlərlə müsəlman qətlə yetirilir, uşaqlar yetim qalır, qocalara, qadınlara belə mərhəmət göstərilmir. Bu müsibətlərin sona yetməsi üçün Qəzzada döyüşlərin dərhal dayandırılmasını, getdikcə daha çox sayda insanın həyatını məhv edən terror hadisələrinə, İsrail hərbi qüvvələri, sionistlər və onları dəstəkləyənlər tərəfindən həyata keçirilən qətllərə son qoyulmasını, böyük tarixi və dini önəm kəsb edən bu torpaqlarda sülh və əmniyyətin bərqərar olması üçün dövlətlərin, beynəlxalq və ictimai təşkilatların səylərinin birləşdirilməsini qətiyyətlə tələb edirik. Müqəddəs Qurani-Kərimdə buyurulduğu kimi: "Yer üzü düzəldikdən sonra orada fəsad törətməyin..." (əl-Əraf, 56). Günahsız insan qanını axıdanlar, onlara havadarlıq edənlər, terrora haqq qazandıranlar, gec və ya tez, mütləq Yaradan və cəmiyyət qarşısında cavab verəcəklər, inşallah!"

Konfransda İraq və İranın Azərbaycandakı səfirləri, o cümlədən Azərbaycandakı dini icmaların rəhbərləri çıxış edərək İsrailin Fələstin xalqına qarşı törətdiyi qətlləri, xüsusən uşaqları hədəf almasını sərt şəkildə pisləyiblər. Çıxış edənlər tərəfləri sülh əldə etməyə çağırıb, məhz sülhün regionun inkişafına gətirib çıxaracağını qeyd ediblər.






25 İyul, 2014  21:25 Baxılıb: 584 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner