Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Müğənni Afaq Aslan: "Günel layiq olduğu cavabı alıb" - ÖZƏL

 

Simsar.Az xəbər verir ki,  günlərdir saytlarda ikin müğənni Afaq Aslan və Günel Məhərrəmova arasında böyümüş söz savaşı artıq telekanallarda yayımlanan verilişlərə mövzu olub.

ANS TV - yə "Evdəyik " layihəsinin aparıcısı kimi qayıdan Ulvira Qarayeva Afaqı proqramına qonaq edib.

Bu barədə oxucularımızı müğənni belə məlumatlandırdı :

"Gələn həftə tamaşaçılar dəvət olunduğum verilişi izlədikdən sonra bütün qaranlıq qalan məsələlərdən xəbərdar olacaqlar.

Ulvira özü mənə dedi ki, Afaq, qarşı tərəf olaraq Güneli də proqrama dəvət etmişik. Ancaq mən studiyaya girəndə qonaqlar sırasında onu görmədim.

Verilişin əməkdaşları söylədilər ki, Günel mənim adımı eşidib,  proqrama gəlməkdən imtina edib. Amma bir neçə gün bundan əvvəl Xəzər TV-yayımlanan "Ay Zaur" verilişində məndən danışıb. Belə özünə arxayın idisə mən olan verilişə niyə gəlmədi?

O, haqqında dediklərimi şər-böhtan adlandırıb.  Əgər belə özünə güvənirdisə niyə mənimlə üz-üzə gəlməkdən çəkindi?  Hətta Ulvira təşəbbüs göstərdi ki, çəkiliş zamanı Günellə telefon bağlantısı edilsin.

O,  telefon zənglərinə də cavab verəcək gücündə olmadığını isbatladı. Mən dediyim heç bir sözün arxasından çəkilmirəm.

Düzdür,  nüfuzlu bir nəslin övladı kimi bu qalmaqalı özümə yaraşdırmıram. Mən sadəcə onun yalanlarına cavab verdim.

Təhqirə o, başladı, layiq olduğu cavabı da aldı. Mən mərhum akademik Aslan Aslanovun nəvəsiyəm. Günel adımı çəkməklə kifayət qədər reklam olundu.

Həm də gündəmdə yox idi, mənimlə daşlamaqla özünə piar qazandı. Onu da yaxşı bilirəm ki, adımı hallandırmaqdan belə tezliklə əl çəkən deyil.

Jurnalistlərə səslənib deyirəm ki, ona bu sevinci çox görməsinlər. Afaq Aslan deyə-deyə gündəmdə saxlasınlar onu (gülür). Mənə belə reklam lazım deyil.  Hər zaman yaradıcılıq yeniliklərimdən xəbərlər yayımlanır, bu mənə kifayət qədər yetərlidir".

Şahin Cavadsoy

Simsar.Az

 






25 İyul, 2014  20:58 Baxılıb: 3642 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner