Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Mətbuat Şurası təqaüd təsis etdi

Mətbuat Şurası (MŞ) abituriyentlərin jurnalistika üzrə qabiliyyət testində iştirakını stimullaşdırmaq üçün Ali Təhsil Təqaüdü təsis edib.

Simsar.az xəbər verir ki, MŞ-nin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) tərkibində yaradılmış Qabiliyyət imtahanı komissiyasının sədri, şura sədri Əflatun Amaşov bildirib ki, təqaüd 500 bal həddini keçərək qabiliyyət imtahanında iştirakını təsdiqləmiş və sonrakı mərhələdə tələbə adını qazanmış ilk 10 abituriyentə veriləcək.

Ə. Amaşov qeyd edib ki, jurnalistika ixtisasına qəbul olunmaq üçün qeydiyyatdan keçmiş və III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən 441 abituriyent var: “Onlar 200 bal həddini aşıblar. Abituriyentlərdən 247-si imtahanı paytaxtda, digərləri isə bölgələrdə verəcək. 441 nəfərin 10 faizinin topladığı bal 500-dən yuxarıdır. Təhsil təqaüdü məhz onların sırasından fərqlənənlərə veriləcək”.

Ə.Amaşov onu da əlavə edib ki, jurnalistika ixtisasını seçən abituriyentlər qabiliyyət imtahanı mərhələsində təqdim olunmuş mövzu üzrə inşa - esse yazacaqlar: “Yazı işi abituriyentin imtahan verdiyi bölmədən asılı olaraq Azərbaycan və rus dillərində yerinə yetirilməlidir. Abituriyentlərin ictimai-siyasi, iqtisadi, mədəni həyata, həmçinin görkəmli şəxsiyyətlərin ömür yoluna, bəşəriyyəti narahat edən problemlərə dair məsələlər ətrafında müstəqil mühakimə yürütmək qabiliyyəti, əsaslandırmaq bacarığı yoxlanılacaq. Qiymət həm yazılan inşanın məzmununu, həm də yazı savadını nəzərə alınaraq veriləcək. Abituriyentlər inşa üçün müvafiq tələblərlə də tanış olacaqlar. Artıq ilk dəfə keçiriləcək qabiliyyət imtahanı üçün hazırlıq işləri də başa çatıb”.

Ali Təhsil Təqaüdünün məbləğinə gəlincə, Ə.Amaşov bunun ilk mərhələdə 60 manat olacağını və müvafiq təhsil şərtlərini ödəyən tələbələrə hər ay ödəniləcəyini diqqətə çatdırıb.

 

Günel

 






25 İyul, 2014  17:54 Baxılıb: 617 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner