Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Maraqlı

Gözləri zəif olanlara şad xəbər - Eynəklərə son

ABŞ-ın Kaliforniya Universitetinin alimləri gözü zəif olan insanlara təsviri dəqiq görməyə və eynək taxmaqdan xilas olmağa imkan verəcək displey prototipi hazırlayıblar. Texnologiyanın mahiyyəti hər piksellə şüalandırılan işığın dəyişməsində və onun birbaşa gözün tor qişasına plastik filtrdəki kiçik dəlik vasitəsilə ötürülməsindədir. Şüalar buynuz qişaya çatanda, göz üçün dəqiq təsvir yaradılır.

Beləliklə, alqoritmlər əvvəlcədən gözün ekranda təsviri necə korlamasını müəyyənləşdirə bilir və onu insan gözünün itiliyinə uyğun korrektə edir. Yeni texnologiya Massaçusets Texnoloji İnstitutu (MIT) və “Microsoft” korporasiyasının tədqiqatçıları ilə birgə ərsəyə gətirilib. Alimlərin yeni texnologiya ilə bağlı məruzəni avqustda Vankuverdə (Kanada) keçiriləcək beynəlxalq konfransda təqdim edəcəyi gözlənilir.

Texnologiya eynək və kontakt linzalar vasitəsilə aradan qaldırılması mümkün olmayan fiziki qüsurla əlaqədar ağır xəstəliklərə tutulmuş insanlara kömək edəcək. Məsələn, bu xəstəliklər sırasına gözün işıq şüalarının qeyri-bərabər sınması ilə bağlı sferik aberrasiyasını aid etmək olar.

Alimlər “Canon” rəqəmli kamerası ilə yeni displeyi uğurla sınaqdan keçiriblər. Kameranın fokus məsafəsi məxsusi olaraq elə qurulub ki, gözün uzağı pis görmə kimi müxtəlif problemlərini imitasiya etmək mümkün olsun. Növbəti addım insanların real dünyada istifadə edəcəkləri yeni prototip yaratmaqdan ibarətdir. Buna isə bir neçə il lazım olacaq.

Vüsal Qarayev







25 İyul, 2014  10:55 Baxılıb: 1041 Çap

Bu bölmədə

17 Yanvar, 2020
Doşabın faydaları

XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner