Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Azərmarka” 6 ayda 10 mövzuda marka buraxıb

Simsar.az xəbər verir ki, 2014-cü ilin 6 ayı ərzində, “Azərmarka” şirkəti tərəfindən, 10 mövzuda 24 ədəd poçt markası dövriyyəyə buraxılıb. Həmçinin yarımillik ərzində 6 növ poçt kartı və 6 növ zərf  hazırlanıb.

Poçt markaları suveren dövlətin atributlarından biridir və onların buraxılışı respublikanın dövlətçiliyini və nüfuzunu möhkəmlətməyə xidmət etməlidir. Azərbaycan Respublikası suveren dövlət kimi ilk dəfə olaraq poçt markalarını 1919-cu ilin oktyabr ayında buraxmağa başlayıb. Poçt markaları  Azərbaycan Respublikasının “Poçt haqqında” qanununa, Nazirlər Kabinetinin qərarına və “Poçt ödənişi nişanlarının buraxılması haqqında Əsasnamə”yə uyğun olaraq buraxılır. Bu sənədlərin əsasında hər il növbəti ildə buraxılacaq poçt markalarının tematik planı işlənib hazırlanır.

Markalar poçt ödənişi nişanları olmaqla bərabər, eyni zamanda ölkə haqqında müəyyən məlumat daşıyıcılarıdır. Bu amilə əsasən, tematik plan tərtib edilərkən tarix, arxitektura, görkəmli şəxsiyyətlər, flora və fauna, ölkənin tarixində əlamətdar hadisələr və başqa məlumatlara geniş yer verilir. Poçt markalarında Azərbaycanın müstəqilliyi mövzusu geniş qeyd edilir.

Həmçinin, Azərbaycanın görkəmli şəxsiyyətlərinin mövzusu, 20 Yanvar və Xocalı faciələri, həmçinin Qarabağın şəhərləri, onun flora və faunası, Azərbaycan Respublikasının BMT-nin və Avropa Şurasının tərkibinə daxil olması, diplomatik münasibətlərin yaranması və s. üzrə beynəlxalq həyatdakı fəaliyyət mövzusu və s. buraxılış tematikasında mühüm yer tutur.

Vüsal Qarayev







25 İyul, 2014  10:48 Baxılıb: 881 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner