Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Təhsil Nazirliyindən yeni sərəncamla bağlı - Açıqlama

“İşçi qrupları yaradılıb”.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” imzaladığı sərəncamla bağlı Təhsil Nazirliyində  işçi qrup yaradılıb. Bu barədə nazirlikdən Simsar.az-a verilən məlumata görə, işçi qrupu Təhsil Nazirliyinin üzərinə düşən vəzifələrlə bağlı müvafiq təkliflər hazırlayacaq.

Dünən Prezident İlham Əliyev Azərbaycan Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə nazirliyinin aşağıdakı regional idarələri yaradılacaq.

Sərəncama görə, Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; Təhsil Nazirliyinin regional idarələrinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Maliyyə Nazirliyi təhsil sahəsinin 2015-ci il yanvarın 1-dən mərkəzləşdirilmiş maliyyələşməyə keçməsini təmin edəcək.

Bu sərəncamın 1-ci hissəsi 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

http://simsar.az/news/a-55207.html

Aysel Kərimova






25 İyul, 2014  10:45 Baxılıb: 794 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner