Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezidentdən insan alverinə qarşı mübarizəyə dair SƏRƏNCAM

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi barədə sərəncam imzalayıb.

Simsar.az-ın məlumatına görə, sərəncamda Daxili İşlər Nazirliyinə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirilməsini təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Fəaliyyət Planında  şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorunması, insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması, şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinə məruz qala bilən həssas əhali qruplarının sosial müdafiəsinin təmin edilməsi; vəzifələrin “yalnız zəruri məlumatlara malik olma” prinsipinə əsaslanmaqla icra edilməsi öz əksini tapıb.

Bundan başqa, qeyd olunan sənəddə insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik tədbirləri, insan alverinin qarşısının alınması və profilaktikasının gücləndirilməsi, insan alveri cinayətlərinə qarşı cinayət təqibi, İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, insan alverinin qurbanı olmuş və ya potensial qurbanı olan uşaqlara göstərilən yardımın və onların müdafiəsinin təkmilləşdirilməsi, insan alveri qurbanlarının müdafiəsi

Milli Fəaliyyət Planı iştirakçılarının fəaliyyətinin, insan alverinə qarşı mübarizə üzrə dəstəyin və resursların əlaqələndirilməsi, insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə, Milli Fəaliyyət Planının maliyyələşdirilməsi kimi müddəlar öz əksini tapıb.

Milli Fəaliyyət Planında göstərilən tədbirlərin icrası üçün tələb olunan xərclər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı orqanlar üçün nəzərdə tutulmuş vəsaitlər, büdcədənkənar vəsaitlər, qrantlar, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

 







25 İyul, 2014  10:20 Baxılıb: 723 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner