Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İmtahanda 150 və daha çox bal toplayan oğlanlara ŞAD XƏBƏR

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə kursant qəbulu elan edilir.

2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə kursant qəbulu üçün müsabiqə elan edilir.

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, müsabiqədə 2014-cü ildə digər xüsusi təyinatlı təhsil müəssisələrində (DİN-in Polis Akademiyası, MTN-nin Akademiyası, Dövlət Sərhəd Xidmətinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası) xüsusi həkim komissiyasından keçmiş, lakin test imtahanının nəticəsinə əsasən müsabiqədən keçməmiş, I və II ixtisas qrupları üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal, III ixtisas qrupu üzrə isə 200 və daha yüksək bal toplayan 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş abituriyentlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir. Məzunlara müvafiq hərbi ixtisaslarla bərabər “fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və “leytenant” hərbi rütbəsi verilərək Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. Müsabiqədə iştirak etmək istəyənlər iyulun 25-dən 31-dək Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) müraciət edə bilərlər.

Aysel Kərimova







25 İyul, 2014  09:37 Baxılıb: 1407 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner