Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

İsrailin məktəb qətliamı

Xəbər verdiyimiz kimi İsrail qaçqınların sığındığı BMT binasını hərbi zərbələr endirmişdi.  Artıq həmin məktəbdə ölənlərin sayı məlum olub.

7 iyuldan bəri İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 800-ə çatıb. Dünənsə İsrail tankları Beyt Xanun şəhərində BMT-yə aid, qaçqınların sığındığı bir məktəb binasını vurublar. Məktəbdə əksəriyyəti uşaq, 15 nəfər ölüb, 200 nəfərsə yaralanıb. Hadisədən bir gün öncə isə, BMT Baş katibi Ban Ki Mun BMT-yə aid bəzi məktəblərdə gizli raketlərin olduğunu açıqlamışdı.

Bu İsrail tərəfində vurulan 4-cü BMT binası olub. BMT nümayəndəsi Robert Turner isə, məktəb vurulmadan öncə, İsrail ordusu ilə təmasda olduqlarını, məktəbin kordinatlarını onlara verdiklərini açıqlayıb.

BMT: İsrail xəbərdarlıq etmədən vurdu

Sığınanların zərər görmədən binalardan çıxarılması üçün İsrail tərəfi ilə danışıq halında olduqlarını bildirən Robert Turner, İsrail ordusunun qabaqcadan heç bir xəbərdarlıq etmədiyini vurğulayıb.

190 uşaq ölüb

17 gündür davam edən əməliyyat sonrası Səhiyyə Nazirliyi rəsmisi Əşrəf əl Qodra azı 771 nəfərin öldüyü, 5 000 nəfərin isə yaralandığını bildrirb. Nazirlik nümayəndəsi, ölənlərin 190-nın uşaq, 95-nin qadın və 47-sinin yaşlılar olduğu vurğulayıb.

Vüsal Qarayev







25 İyul, 2014  08:42 Baxılıb: 698 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner