Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Kaxaber Sxadadze: “Bu komandada təkcə mən işləməli deyiləm”

“Oyunu 120 dəqiqə 10 nəfərlə keçirdik. Birinci və ikinci hissədə çox qol vəziyyəti yaratdıq. Matçın 2-ci dəqiqəsində hakimin qırmızı vərəqə verməsi bizi oyundan saldı. Mən bilmirəm hakim Azərbaycana hansı fikirlə gəlmişdi? Bütün oyunu bizə qarşı keçirdi. Mən artıq istefa vermək istəyirəm. İstefamı qəbul etsələr, gedəcəyəm”. Simsar.az xəbər verir ki, bunu “İnter”in baş məşqçisi Kaxaber Sxdadadze deyib.

Avroliqanın II təsnifat mərhələsində İsveçin “Elfsborq” klubuna penaltilər seriyasında məğlub olan “bankirlər”in çalışdırıcısı hər iki oyunda xeyli qol vəziyyətləri yaratdıqlarını, lakin bundan istifadə etmədikləri üçün məyus olduqlarını bildirib: “Çox məyus olduq. Hər iki oyunda xeyli qol vəziyyətləri yaratdıq. Lakin onlardan istifadə edə bilmədik. Bu bizi üzür. Bilmirəm nə baş verdi. 11 futbolçumun hamısı meydanda olsaydı, bəlkə də bu gün başqa nəticəyə şahidlik edəcəkdiniz. Belə alındı. Qarşıdakı oyunlara baxmaq lazımdır”.

Sxadadze Asif Məmmədovu ikinci hissədə meydana buraxıb əlavə vaxtda əvəz etməsindən də danışıb: “Asifin əlinə imkanlar düşdü. Amma o bunlardan yararlana bilmədi. Düşünürəm ki, onu əvəz etməyim düzgün idi. Çünki psixoloji cəhətdən gərgin idi. Ona görə də əvəzlədim. Mirzağa oyuna yeni nəfəs gətirdi. Düzdür, o da qapıçı ilə təkbətək qalsa da, yararlana bilmədi. Bilirsiniz, bu məğlubiyyətin əsas səbəbkarı hakimdir. Onun idarəçiliyi bərbad idi”.

Təcrübəli məşqçi penaltilər seriyası haqqında isə bunları söyləyib: “Oyundan öncə penaltiləri məşq etməmişdik. Çünki 90 dəqiqədə qalib gələcəyimizi düşünürdüm. 11 metrlik zərbələri vura bilmədiyinə görə uşaqları qınaya bilmərəm. Penalti lotereyadır. Burada da bəxtimiz gətirmədi”.

Gürcü mütəxəssis sonda bildirib ki, o komandada bir nəfərə görə işləyir: “Mən bu komandada bir nəfərə görə işləyirəm. Onu da hamınız bilirsiniz. İstefa verməyimə səbəb odur ki, ətrafımdakı insanların da işləməsini işləyirəm. Bu komandada tək mən işləməli deyiləm”.

 






25 İyul, 2014  08:38 Baxılıb: 630 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner