Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

"Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoyulmalıdır"

Dağlıq Qarabağ münaqişəsinə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var.

Simsar.az-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkədəki səlahiyyətlərinin başa çatması ilə əlaqədar etdiyi vida çıxışında bildirib.

Səfir qeyd edib: "Sülh regiondakı insanlara əhəmiyyətli faydalar gətirəcək və Azərbaycanın gələcək rifahını təmin edəcəkdir".

R.Morninqstarın sözlərinə görə, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işini davam etdirəcək.

Səfir həmçinin qeyd edib ki, Azərbaycanla ABŞ bəzi məsələlərə fərqli yanaşır. "Lakin hər bir tərəfdaşla olduğu kimi davamlı dialoq mühümdür. Bizim fikir ayrılıqlarımız ola bilər, lakin biz dialoqu davam etdirməliyik".

R.Morninqstar qeyd edib ki, ABŞ-la Azərbaycan mürəkkəb məkanda yerləşir: "Azərbaycan öz suverenlik və müstəqilliyini qoruyub saxlamağa çalışdığı bir vaxtda biz onun yanında olmalıyıq. Biz bilirik ki, hökumətin ən öndə məsələsi sabitliyi qorumaqdır. Azərbaycanda sabitliyi qoruyub saxlamağa biz də kömək etmək istəyirik. Birləşmiş Ştatlar Azərbaycanda hər hansı bir şəkildə qeyri-sabitlik və ya iğtişaş yaratmaq istəmir.

Səfir qeyd edib: "Gələcəyə baxaraq ümid edirəm ki, ikitərəfli əlaqələrimizin önəminin daha yaxşı anlaşılması və dəyərləndirilməsi artacaqdır. Әləqalərimizi dərinləşdirməyin yollarını araşdırmaqda davam edəcəyik".






24 İyul, 2014  21:18 Baxılıb: 775 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner