Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şəhriyar irsinin araşdırıcısı Bakıda

Əbülfəz Əli Məhəmməd şairlə bağlı ilgic faktlara malikdir

Böyük Azərbaycan şairi Seyid Məhəmməd Hüseyn Şəhriyarın ədəbi irsinin, həyat və fəaliyyətinin araşdırıcısı, Türk və Fars ədəbiyyatının təhqiqatçısı, İranın tanınmış söz adamlarından biri, Təbrizin İncəsənət Universitetinin müəllimi şair Əbülfəz Əli Məhəmmədi ailəsi ilə birgə Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub. Bu barədə BAMF sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, fondun nümayəndələrinin də iştirak etdiyi görüşdə Ə.Ə.Məhəmmədi Azərbaycana ilk dəfə gəldiklərini, ölkəmizin paytaxtının qonaqların çox xoşuna gəldiyini deyib. 

Qonaq Şəhriyarın ömrünün son 5 ili ilə bağlı çox qiymətli məlumatları BAMF sədrinin diqqətinə çatdırıb: “Mən ustad Şəhriyarın öz xahişi ilə həyatının son 5 ilini həftədə 3 dəfə onunla görüşüb söhbətləşmişəm. Söhbətlərdə Şəhriyar əsərlərinin bir çoxunun yaranması səbəbindən, onlarla bağlı maraqlı hadisələrdən, bir çox maraqlı məsələlərə baxışlarından söz açıb. Özünün razılığı ilə bu söhbətlərimizi audio lentə almışam. Hazırda məndə Şəhriyarla söhbətimiz yazılmış 50 disk var. O disklər bu günə qədər heç bir yerdə səslənməyib. Yalnız iki saatlıq bir diski şairin oğlu Hadi Behcət Təbriznin xahişi ilə www.turuz.com saytına vermişəm. Onlar bunu öz saytlarında yerləşdiriblər.” 



Anar






30 Mart, 2011  20:01 Baxılıb: 1585 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner