Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA Elmi İnnovasiyalar Mərkəzində tədbir

İyulun 24-də AMEA Elmi İnnovasiyalar Mərkəzində (EİM) AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İnnovasiya şöbəsinin rəisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevin də iştirak etdiyi «AMEA Elmi İnnovasiyalar Mərkəzinin fəaliyyət istiqamətləri” mövzusunda tədbir keçirilib.

Simsar.az xəbər verir ki, tədbiri giriş sözü ilə EİM-in Baş direktoru, hüquq elmləru üzrə fəlsəfə doktoru Azər Namazov açıb. O, iştirakçıları salamladıqdan sonra Mərkəzin məqsəd və vəzifələri, strategiyası, fəaliyyət konsepsiyası haqqında çıxış edib.

Sonra EİM-in əməkdaşları Azərbaycan Respublikasında qabaqcıl texnologiya və innovasiya məlumat bazasının yaradılması və milli innovasiya sisteminin hazırlanması, respublikada aparılan elmi-tədqiqat işlərinin qeydiyyatı və hesabatların fonda qəbulu, EİM-də işlənilən innovasiya layihələri, Azərbaycanın elmi jurnallarının INSPEC bazasında yerləşdirilməsi, EİM-də təlim-tədris fəaliyyəti, dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlıq mövzularında məruzə ediblər.

Daha sonra Müzakirələr və fikir mübadiləsi keçirilib. A.Namazov və V.Babayev yekun sözü ilə çıxış ediblər. Görüşdə AMEA-nın elmi potensialı, konkret innovativ layihələrin işlənilməsi, layihələrin hazırlanması və icrası məsələlərinə də toxunulub.

Vüsal Qarayev







24 İyul, 2014  17:20 Baxılıb: 769 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner