Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əbülfəs Qarayev özünə aparat rəhbəri təyin etdi

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 24 iyul 2014-cü il tarixli əmri ilə Bayramov Rafiq Yasin oğlu nazirliyin Aparat rəhbəri təyin edilib. Bu barədə Simsar.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Rafiq Yasin oğlu Bayramov 1972-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1995-1998-ci illərdə gənclər təşkilatlarında, Gənclər Təşkilatlarının Milli Şurasında ictimai fəaliyyətlə məşğul olub.

1998-1999-cu illərdə Bakı səhər Nizami rayon Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Aparatında ictimai-siyasi şöbədə məsul vəzifələrdə işləyib.

2001-ci ildən Gənclər, İdman və Turizm Nazirliyində Gənclərlə iş şöbəsində baş təlimatçı, 2003-2006-cı illərdə gənclər, idman və turizm nazirinin köməkçisi, 2006-cı ildən isə mədəniyyət və turizm nazirinin köməkçisi işləyir.

2011-ci ildə Azərbaycan Prezidentinin sərəncamına əsasən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Qeyd edək ki, nazirliyin keçmiş Aparat rəhbəri Firudin Qurbanov Azərbaycan Prezidentinin 18 iyul tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib.







24 İyul, 2014  16:56 Baxılıb: 778 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner