Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İsraili dünyaya sevdirən nədir? - ANALİTİKA

İsrailin Fələstinə hücumları nəticəsində 636 nəfər nəfər dünyasını dəyişib. Yaralananların sayı isə 4 minə çatıb. Hücumlar zamanı həyatını itirənlərin 160-ı uşaq, 77-i isə qadındır. Bundan başqa İsrailin qurudan və havadan təşkil etdiyi hücumlardan əlavə, xeyli sayda ev və əkinçilik əraziləri də zərər görüb. İsrail tərəfi isə  28-i əsgər olmaqla 30 itki verib. Bu rəqəmlər 2008-2009-cu illərdə İsrailin Qəzzaya reallaşdırdığı quru əməliyyatları zamanı ölənlərin sayından  3 dəfə çoxdur.

Dünyanın aparıcı təşkilatları və dövlətləri isə İsrailə qarşı hər hansı bir sanksiya tətbiq etmir, əksinə olaraq bu ölkəyə  dəstəklərini əsirgəmirlər.

Sabiq diplomat, politoloq Fikrət Sadıqov hadisələri analaiz edərək əsas detalları Simsar.az-a açıqlayır.

Politoloq deyir ki, 1947-1948-ci illərdə BMT Təhlükəsizlik Şurası qətnamə qəbul edib. Həmin qətnamədə deyilirdi ki, Böyük Birtaniyaya məxsus olan ərazidə iki dövlət -  İsrail və Fələstin yaradılsın. İş belə gətirdi ki, müharibəni başlayan İsrail oldu. Faktiki olaraq ondan sonra Fələstinə dövlət yaratmağa imkan vermədilər. Birinci müharibə elə 1948-ci ildən başladı. Bundan sonra bir neçə müharibələr olub. Bir sıra qətnamələr qəbul olunub. Təbii ki, İsrail ABŞ-ın dayaq nöqtəsi olaraq fələstinlilərə, eləcə də ərəb ölkələrinə qarşı hərbi əməliyyatlar və münaqişə ocaqları yaratmağa başladı. Bax bu mühariblər o dövrdən sonra sistematik və mütəmadi xarakter daşıyır. Məhz buna görə də vaxtaşırı belə acı nəticələr müşahidə olunur və bu günə kimi məsələ həll olunmur.

“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və ABŞ Milli Təhlükəsizlik İdarəsinin sabiq işçisi Edvard Snouden “Amerika, İngiltərə və İsrail rejiminin kəşfiyyatçılarının İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasını qurmaq üçün birlikdə çalışdıqlarını “bildirib.

Yaxın Şərqə qalmaqal yaratmaq aparıcı dövlətlərin başlıca siyasətidir

Bu məsələ ilə bağlı tam fikir söyləməyin çətin olduğunu deyən politoloq hesab edir ki, ortalıqda müəyyən bir həqiqət nüvəsi var: “Vaxtilə buna oxşar dəstələr, hərbi qruplaşmalar yardılıb. Təbii ki, İŞİD da hər hansı bir qüvvənin dəstəyi ilə quruldu. Burda müəyyən mənada sünni-şiə mübarizəsi müşahidə olunur. Ona görə ki, İŞİD sünnilər tərəfindən dəstəklənən qruplaşmadı. Sirr deyil ki, Səudiyyə Ərəbistanı və Qətər onları həm maddi, həm də hərbi cəhətdən dəstəkləyir. Hər iki dövlət ABŞ-ın Yaxın Şərqədə ən yaxın müttəfiqləridir. Bu, danılmaz faktdır. Düşünürəm ki, İŞİD-ın arxasında bu qüvvələr dayanır. Hər hansı bir qruplaşma, arxasında böyük qüvvə olmasa, hərəkət edə bilməz. Bura maliyyə, hərbi və digər məsələlər daxildir. Faktiki olaraq Yaxın Şərqdə qalmaqal yaratmaq, vahid dövlətlərin maraqlarına zidd siyasət yürütmək, onları parçalamaq, stabilliyi pozmaq aparıcı dövlətlərin başlıca siyasəti olub. Həmin siyasət bu günə kimi də davam etdirilir”.

Adolf  Hitlerin nifrət etdiyi yəhudilərə Angel Merkel niyə məhəbbət bəsləyir?

“Almaniya kansleri İsrailin yanında olduğunu bəyan edib. Müasir Alamanniya Hitlerin siyasətindən imtina edib”.

Diplomat bildirdi ki, Almaniyanın bugünkü münasibətində təəccüblü nəsə yoxdur. Bu gün Almaniya tamamilə başqa Almaniyadır: “Vaxtilə yəhudilərlə almanlar arasında münasibətlər başqa bir müstəviyə gəlib çatmışdı. Çünki o vaxtı faşist Almaniyası yəhudiləri qırırdı. Bu Hitlerin siyasəti idi. Amma bugünkü Almaniya bu siyasətdən imtina edir. Almaniya Avropa Birliyinin aparıcı qüvvəsidir. İsrailə dəstək verir. Ona görə ki, aparıcı dövlətlərdə İsrailin güclü maliyyə lobbiləri var. Böyük bank hesablarına yəhudilər nəzarət edir. Burda da Almaniya-İsrail münasibətlərindən deyil, dövlət maraqlarından söhbət gedir.

Avropadan İsrailə fərqli baxışlar

“İsrailə dəstək verən aparıcı qüvvələr – ABŞ, Almaniya, Böyük Birtaniya vahid mövqedən çıxış edirlər. Amma Fransanın siyasəti onların siyasəti ilə uzlaşmır. Fransa daha çox ərəblərə, fələstinlilərə daha yaxın bir ölkə kimi siyasət aparır. Bu gün İsrail həmin dövlətlərin dayaq nöqtəsinə çevrilib. Vaxtilə Sovet İttifaqı ərəblərə dəstək verirdi. Bu gün bu cür dəstək müşahidə olunmur. Buna baxmayarq fələstinliləri və ərəbləri Türkiyə kimi dövlət dəstəkləyir. Türkiyə irəli çıxıb onları müdafiə edərək, İsrailə qarşı sərt addımlar atır. Burda maraqlar artıq çox gərginləşib. Bu gərgiləşmənin səbəbləri də müəyyən aparıcı dövlətlərin daxilində olan qruplaşmaların maraqlarıdır” palitoloq belə deyib.

 

Hüseyn İbadlı

Siyasət Şöbəsi







24 İyul, 2014  15:44 Baxılıb: 1032 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27





sagbanner