Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Silahlı Qüvvələrimizin geyim qaydalarında DƏYİŞİKLİK

Azərbaycan Silahlı Qüvvələrinin hərbi geyim qaydalarında dəyişikliklərin edilməsi gözlənilir.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Artıq bununla bağlı Müdafiə Nazirliyi tərəfindən müvafiq dəyişikliklər layihəsi hazırlanaraq təsdiq olunmaq üçün hökumətə təqdim olunub.

Layihədə hərbçilərin geyimləri ilə bağlı bir sıra yeniliklər nəzərdə tutulur. Yeniliklərin nədən ibarət olduğu açıqlanmayıb.

Qeyd edək ki, ötən ilin sonlarında müdafiə nazirinin əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim formasının daşınma qaydaları”nda dəyişikliklər edilib.

Müdafiə nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, döyüş növbətçiliyi, çöl məşğələləri, təlimlər, daxili və qarovul xidmətlərinin aparılması halları istisna olmaqla, kamuflyaj rəngli yay (qış) və istiləşdirilmiş gödəkcələrində bel kəmərlərinin daşınmamasına icazə verilir. Uniformada bu element tam yox, qismən ləğv edilib. Burada məqsəd həm hərbi formanın estetik baxımdan görünüşü, həm də hərbi qulluqçuların rahatlığına üstünlük verilməsidir.







24 İyul, 2014  15:08 Baxılıb: 752 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner