Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Sadıq Sadıqov Böyükağa Hacıyevi istefa ilə hədələdi

“MƏRHƏLƏ KEÇİLMƏSƏ, O, ELƏ SLOVENİYADA İSTEFA VERƏCƏK, MƏN DƏ QƏBUL EDƏCƏM”

“Yuxuda görmüşəm ki, qələbəylə qayıdırıq. İnşallah, belə də olar”. Simsar.az-ın xəbərinə görə, bu sözləri “Neftçi”nin prezidenti Sadıq Sadıqov bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Sloveniyada “Koper”ə qarşı keçiriləcək oyunla bağlı “Futbol +” qəzetinə müsahibəsində deyib.

Bu komandaların Bakıdakı ilk görüşündə Azərbaycan təmsilçisi 1:2 hesabı ilə uduzub.

S.Sadıqovun fikrincə, komandası cavab qarşılaşmasında qələbə qazanacaq: “2:0 hesabı ilə qalib gələcəyimizi düşünürəm”.

“Neftçi”nin prezidenti klubun sabiq-vitse prezidenti Tahir Süleymanovun komanda mərhələ adlamayacağı halda bütün heyətin göndərilməsinin vacibliyi haqda fikrinə də münasibət bildirib: “Onun bu fikriylə razı deyiləm. Elə Süleymanovun imzasıyla 23-25 futbolçu ilə müqavilə bağlamışıq. Yeni transferlərimiz, legionerlərimizlə 1-2 illik müqaviləmiz var. Onları necə qova bilərik? Kimisə göndərməyə, təzminat ödəməyə halımız yoxdur. Getməli olan əsas şəxs işini bilir. Mərhələ keçilməsə, baş məşqçi elə Sloveniyada istefa verəcək, mən də qəbul edəcəm. Bakıya dönməyi də gözləməyəcəm. Komandaya üç cavabdeh şəxs var. Mən, Tahir və Böyükağa. Tahir getdi, Böyükağayla mən qalmışam. Görək, nə olur”.






24 İyul, 2014  14:37 Baxılıb: 743 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner