Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gəncədə “Təlim və resurs mərkəzi” yaradıldı

Hər zaman gənclərin hərtərəfli inkişafına, sağlam mühitdə böyüməsinə xüsusi önəm verən Yeni Azərbaycan Partiyası, yenə də gənclərin arzusunu yerinə yetirdi. YAP Gəncə şəhər Təşkilatının nəzdində gənclərin müxtəlif sahələrə aid biliklərinin yüksəldilməsinə xidmət edəcək “Təlim və resurs mərkəzi” yaradılıb.

Simsar.az xəbər verir ki, mərkəzin açılışında YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, təşkilatın Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, İcra Hakimiyyətinin məsul işçiləri, beynəlxalq təlimçi Günay Zeynalova və tələbə-gənclər iştirak ediblər.

Açılış nitqini söyləyən YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev iştirakçıları salamlayaraq bildirib ki, “Təlim və resurs mərkəzi”nin yaradılmasında əsas məqsəd gənclərin hərtərəfli bilik əldə etməsinə şərait yaratmaqdır. Bildirib ki, burada istedadlı və təcrübəli təlimçilər tərəfindən gənclərin istəyinə uyğun müxtəlif təlimlər keçiriləcək xarici dil və kompüter kursları təşkil ediləcək.

Çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədr müavini Pərvin Kərimzadə, təlimçi Günay Zeynalova bildiriblər ki, “Təlim və resurs mərkəzi”nin yaradılması olduqca əlamətdar hadisədir, çünki biz bu gün sağlam, geniş biliyə malik gənclər yetişdiririksə, deməli, biz sağlam gələcək yetişdiririk.

Yığıncaq zamanı gənclərin fikir və təklifləri dinlənilib.

Qeyd edək ki, bu gündən fəaliyyətə başlayan “Təlim və resurs mərkəzi”ndə gənclərin istəyinə uyğun müxtəlif mövzularda təlimlər keçiriləcək. Gənclər online qeydiyyatdan keçərək təlimlərdə iştirak etmək hüququ əldə edəcəklər.

 

 






24 İyul, 2014  14:09 Baxılıb: 634 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner