Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Ağasəlim Mircavadov: “Koper” elə də güclü deyildi”

Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulacaq. Oyun günündə iki Azərbaycan təmsilçisi də mübarizə aparacaq. Simsar.az vacib oyunlar öncəsi futbol mütəxəssisi Ağasəlim Mircavadovun fikirlərini öyrənib.

- İlk oyunlardan əvvəl “Neftçi”ni daha şanslı sayırdınız. “İnter”ə isə, o qədər də, ümidiniz yox idi...

- Düzdür. “Neftçi” ümidlərimizi doğrultmadı. “İnter” isə gözəl qələbə ilə bizi sevindirdi.

- Bakıdakı oyunda “Neftçi” zəif idi, ya “Koper” güclü idi? Məğlubiyyətə əsas səbəb nə oldu?

- “Koper” elə də güclü deyildi. “Neftçi” adi epizodlarda toplar buraxdı. Bu da matçın taleyini həll elədi. İkinci hissədə isə komanda özünü yaxşı tərəfdən göstərə bildi. Qol imkanları əldə etdi. Sadəcə, imkanlardan yararlana bilmədi.

- Cavab görüşündə “Neftçi” mərhələni adlamaq üçün nə etməlidir?

- İlk növbədə qol buraxmamalıdır. Çünki buraxılan qol bizi ümumi hesabda daha da geri salacaq. Bakıdakı oyunda ikinci hissədə sərgilədiyi oyunu səfərdə göstərməlidir. Çoxlu qol imkanları yaratmalı və təbii ki, qol vurmalıdır.

- “İnter” necə, sərfəli nəticəni qoruya biləcək?

- Düşünürəm, “İnter” böyük mənada cütün taleyini həll edib. Çünki burda komandanın qarşısında duran əsas vəzifə nəticəni qoruyub saxlamaqdır ki, komanda bunu çox gözəl bacarır. Ancaq hələ nəsə demək tezdir. Rəqib Avrokuboklarda olduqca böyük təcrübəyə malikdir və bu təcrübə uğur qazanmaq üçün kifayət edə bilər.

Vüsal Məmmədzadə

 

 






24 İyul, 2014  13:38 Baxılıb: 833 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner