Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qəbələ festivalı mədəniyyətlərarası dialoqa öz töhfəsini verir

“Sevindirici haldır ki, Qəbələdə tamaşaçılar klassik musiqi konsertlərinə həvəslə gəlirlər”.

Simsar.az xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçısı, İstanbul Dövlət Konservatoriyasının professoru, Xalq Artisti, violonçel ifaçısı Eldar İsgəndərov deyib.

Festivalın Heydər Əliyev Fondu tərəfindən çox yüksək səviyyədə təşkil olunduğunu qeyd edən Eldar İsgəndərov avqustun 1-dək davam edəcək bu böyük incəsənət bayramının tamaşaçılara xoş anlar bəxş edəcəyini bildirib.

Eldar İsgəndərov çıxışının tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmasından məmnun olduğunu söyləyərək dedi: “Burada biz bir daha Azərbaycan musiqisinin ecazkarlığının şahidi olduq. Əcnəbi musiqiçilərin bu möhtəşəm incəsənət bayramında iştirakı və müxtəlif millətlərdən olan bəstəkarların əsərlərinin səsləndirilməsi Qəbələ festivalının mədəniyyətlərarası dialoqa öz töhfəsini verdiyini bir daha təsdiqləyir”.

P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirən Eldar İsgəndərov ABŞ, Yaponiyanın konsert salonlarında geniş konsert proqramı ilə çıxış edib.

 

Günel







24 İyul, 2014  12:46 Baxılıb: 777 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner