Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazirlikdən 66 min manatlıq CƏRİMƏ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN  Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 1-15 iyul tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən Simsar.az-a  verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 182 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 41 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 49 iş üzrə 66095 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 11 iş üzrə 96261.39 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 187 iş üzrə 30907.5 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 9, icra qurumlarına 25, məhkəmələrə isə 3 iş göndərilib.

 

Aysel Kərimova

 






24 İyul, 2014  12:34 Baxılıb: 611 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner