Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Azərbaycanda ciddi zəlzələ gözlənilirmi?

“Azərbaycanda demək olar ki, hər gün zəlzələ baş verir, sadəcə, hiss olunmur. Hal-hazırda respublikanın seysmik durumu fon səviyyəsindədir”.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji şöbəsinin müdiri Tahir Məmmədli Simsar.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, gündə minlərlə bu tipli yeraltı təkanlar olur: “Bu zəlzələlərin gücü çox olanda, onu mətbuata bildiririk. Belə zəlzələlər anomal təhlükələr yaratmır. Gələcəkdə güclü zəlzələ olsa belə, biz əvvəlcədən bu barədə proqnoz verə bilmərik. Hələ ki, elmdə qabaqcadan zəlzələ proqnozu vermək mümkün deyil.

Son iki gündə Naxçıvanda  və Xəzərdə baş verən yeraltı təkanlara gəlincə, T.Məmmədli bunun gözlənilən olduğunu deyib. “Zəlzələ yerli vaxtla saat 05:17:39-da Naxçıvandan 19 km şimal-qərbdə Şərurda qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3, dərinliyi 13 km olub. Zəlzələ hiss olunmayıb. Xəzərdə baş verən zəlzələ Nardarandan 28 km şimal-şərqdə qeydə alınıb. Maqnitudası 3.4 olan, 50 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.

Alimin sözlərinə görə, belə yeraltı təkanlar ara-sıra olur. Lakin bəziləri gücünə görə hiss olunur. Çoxu isə hiss olunmur. “Bakı üçün zəlzələ qorxusu ən çox Xəzərdən gəlir. Bundan başqa, Hacıqabulda, Şamaxıda, Siyəzəndə və s. ərazilərdə baş verən yeraltı təkanlar da paytaxtda müəyyən qədər hiss oluna bilər. Lakin ən güclü təkanlar Xəzərdən hiss olunur”, -deyə Tahir Məmmədli bildirib.

O, belə proqnozların əhali arasında təşviş yaratdığını da deyib. “Bu hadisənin qabaqcadan proqnozunu vermək nə qədər çətindirsə, məlumatı əhaliyə çatdırmaq da o qədər məsuliyyət tələb edir. Aktiv bir ocaqda zəlzələ olacağı ehtimalı böyükdür, amma boşalmalar nəticəsində heç nə olmaya bilər, bunu əhaliyə qabaqcadan demək düzgün deyil”.

Sonda T.Məmmədli bildirib ki, Azərbaycanda yeraltı təkanların çoxu şimal zonasında,  Şamaxı, Zaqatala, Şəki zonasında müşahidə olunur. Çünki bu ərazilər seysmoaktivliyi çox olan ərazilərdir. Bütün bu proseslər diqqətlə izlənir və tədqiq olunur. Əgər əvvəl Azərbaycanda 14 seysmik stansiya vardısa, indi 35 stansiya fəaliyyət göstərir. Bunun sayəsində ən xırda təkanlar da qeydə alınır. Lakin, yaxın müddət ərzində Azərbaycanda dağıdıcı gücə malik heç bir zəlzələ gözlənilmir.

Aysel Kərimova

 






24 İyul, 2014  11:17 Baxılıb: 1002 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner