Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Fərhad Bədəlbəyli: “Bu Festival haqqında hələ çox danışılacaq”

“Qəbələ Beynəlxalq Musiqi Festivalının nüfuzu ildən-ilə artır. Bu ilki festivalın proqramı çox zəngindir. Festivalda bir-birindən maraqlı konsertlər olacaq və müxtəlif janrlarda musiqi əsərləri səsləndiriləcək. Düşünürəm ki, Fərhad Bədəlbəyli: Bu Festival haqqında hələ çox danışılacaq”.

Simsar.az xəbər verir ki, bu sözləri Qəbələ VI Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli jurnalistlərə açıqlamasında deyib.

Fərhad Bədəlbəyli konsertlərdə Rusiya, Türkiyə, Cənubi Afrika Respublikası, ABŞ, Kanada, İsrail və Avstriyanın müasir ifaçılıq sənətinin zirvəsində duran dünya şöhrətli ustad sənətkarların və məşhur kollektivlərin iştirak edəcəyini bildirib.

F.Bədəlbəyli festivalda simfonik və kamera konsertlərinin, muğam gecəsinin, caz axşamlarının musiqisevərlərə dünya musiqisinin zənginliyini duymağa imkan verəcəyini qeyd edib.

Azərbaycanın füsunkar guşələrindən olan Qəbələnin ənənəvi beynəlxalq musiqi festivalına ev sahibliyi etdiyini bildirən F.Bədəlbəyli burada səslənən musiqinin yerli əhaliyə unudulmaz anlar bəxş edəcəyini, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacağını əminliklə söyləyib. O, festival çərçivəsində bir çox maraqlı təqdimatların da keçiriləcəyini bildirib.

Fərhad Bədəlbəyli Heydər Əliyev Fondunun möhtəşəm mədəniyyət layihələrindən biri kimi beynəlxalq aləmdə böyük əks-səda doğuran bu möhtəşəm musiqi bayramının təkrarolunmaz dəst-xəttinin olduğunu qeyd edib.

 

Günel







24 İyul, 2014  11:06 Baxılıb: 988 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27









sagbanner