Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“XAM XƏYALLARLA MİLLƏTİN OVQATINI KORLAMAYIN” - “İLHAMƏ QULİYEVA SİYASƏTDƏ ÇOX SAVADSIZ GÖRÜNÜR

İlhamə Quliyevanın sərt yazısına Masavatçı Almaz Əliqızı yumşaq reaksiya verdi

Xalq artisti İlhamə Quliyevanın orqanı "Azərbaycan" qəzetinin bugünki sayında müxalifət qüvvələrinə ünvanlanan  "Xam xəyallara düşməsinlər" adlı məqaləsi dərc olunub. 
Ictimai xadim təfəkkürü ilə qələmə alınan yazıda müəllif üzünü radikal müxalifətə tutaraq deyir: “Xam xəyallarla bu millətin ovqatını az korlayın!"

İlhamə Quliyeva ötən əsrin sonlarında ölkədə yaşanan hadisələrə də diqqət çəkib: “Bu məmləkətin sakinləri nə Aydan təşrif buyurub, nə də okeanın o tayından. "Başına gələn başmaqçı olar", - deyiblər. Həyat kimin haqlı, kimin haqsız olduğunu dəfələrlə göstərib. Əgər ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsəydi, kim bilir, millətimizin taleyi hansı qaranlıq tufanlarda sona yetəcəkdi?

Müğənninin fikrincə, missiyanı Prezident İlham Əliyev ləyaqətlə davam etdirir. Azərbaycan bölgədə ən güclü dövlətə çevrilib: “İndi vətənimizi dünyanın çox yerində yaxşı tanıyır, ölkə başçısının apardığı uğurlu siyasəti, quruculuq işlərini ürəkdən bəyənirlər”
Azərbaycanın Ərəbistan olmadığını yazan xalq artisti radikal müxalifəti hansısa ölkədə baş verən gərginlikdən ruhlanmamağa çağırır: “Görən, bu iddiaya düşməkdə məqsəd nədir? Buna ürək və vicdan necə yol verir ki, bugünkü modern Azərbaycanı inkişafdan qalmış, bir sıra sahələrdə tənəzzülə uğramış, gerilik içində çırpınan məmləkətlərlə eyniləşdirirlər?” Xam xəyallarla bu millətin ovqatını az korlayın! Azərbaycanı heç bir vaxt məhvə apara bilməyəcəksiniz!”.
Ilhamə Quliyevanın məqaləsindəki fikirlərə Müsavat Partiysının divan üzvü, professor Almaz Əliqızı münasibət bildirib. 
Müsavatçı xanım simsar.az saytına deyib ki, İlhamə Quliyevanı ictimai xadim kimi qəbul etmir: “O, siyasətdə çox savadsız görünür. İlhamə Quliyeva müğənniliyini davam etdirsə, daha yaxşı olar. Siyasətçilərin hərəkətlərinə qiymət vermək üçün ən azı siyasi hadisələrdən orta səviyyədə baş çıxarmaq lazımdı”.

Anar İsaoğlu







30 Mart, 2011  18:01 Baxılıb: 1894 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner